Pensiyaçıların başına oyun açan Hüseynxan həbs edildi
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
Sumqayıtda pensiyaçıların başına oyun açan şəxs həbs edilib. O, bankomatların qarşısında pensiyasını almaq istəyən şəxsləri aldadırmış.
Tribunainfo.az xəbər verir ki, 30 yaşlı Hüseynxan Sumqayıtda bankomatların qarşısında dayanaraq pensiya almağa gələn yaşlı insanlara kömək təklif edərək onları aldadıb.
Həmin şəxslərə pensiya çıxarmasına kömək edən zaman kartda və ya bankomatda pul olmadığını deyib. Yaşlı insanların kartını bankomatdan çıxaran zaman müəyyən məbləğlərdə pul da çəkən Hüseynxan əldə etdiyi pulu narkotik vasitəyə və şəxsi ehtiyaclarına xərcləyirmiş.
Bir neçə dəfə bu əməli törədən Hüseynxan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Saxlanılan zaman onun üzərində patı adlandırılan narkotik vasitə də aşkar edilib.
Məhkəmənin hökmü ilə daha əvvəl də oğurluq və narkotik ittihamları ilə məhkumluq həyatı yaşamış Hüseynxan 3 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















