Icma.az
close
up
RU
Pensiyaçıların NƏZƏRİNƏ: “Əgər bankdan kredit götürmək istəyirsinizsə…” VACİB MƏLUMAT KONKRET

Pensiyaçıların NƏZƏRİNƏ: “Əgər bankdan kredit götürmək istəyirsinizsə…” VACİB MƏLUMAT KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda pensiya kartı üzərindən kredit götürmək istəyən vətəndaşlar, xüsusilə də yaşlı şəxslər üçün bir neçə əsas məhdudiyyət mövcuddur. Bu məhdudiyyətlər həm bankların daxili qaydaları, həm də risklərin idarə olunması ilə bağlıdır:

Ən mühüm məhdudiyyətlərdən biri budur. Banklar adətən kreditin tam ödəniş müddəti başa çatana qədər müştərinin yaşı müəyyən həddi keçməməlidir (məsələn, 70-75 yaş). Bu o deməkdir ki, 65 yaşlı şəxs 5 illik kredit götürmək istədikdə, bu yaş həddi keçə bilər. Belə olan halda bank krediti ya vermir, ya da daha qısa müddətə təklif edir.

Mövzu ilə bağlı İqtisadçı Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, qanunvericiliklə bu sahədə hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb.

“ Yəni, istənilən şəxs, o cümlədən pensiyaçı da kredit almaq hüququna malikdir. Pensiya kartı üzərindən kredit götürmək dedikdə isə, vətəndaşın pensiya aldığı bankdan kredit əldə etməsi nəzərdə tutulur. Bu halda bank vətəndaşın aldığı pensiya məbləğini əsas götürərək kredit təqdim edir. Çünki pensiyaçının adətən əlavə gəlir mənbəyi olmur və bank krediti məhz buna uyğun məbləğdə verir. Məqsəd odur ki, vətəndaş aldığı pensiyanın müəyyən hissəsini kreditin ödənişinə yönəltsin, qalan hissəsini isə şəxsi ehtiyacları üçün istifadə etsin.”

İqtisadçı vurğulayıb ki, burada bankların hər birinin öz daxili qaydaları və risk qiymətləndirmə mexanizmləri mövcuddur.

“Təbii ki, banklar təqaüdçülərə kredit verərkən daha ehtiyatlı davranırlar. Bu da başa düşüləndir, çünki risk faktorları, o cümlədən kreditin geri ödənilməməsi və ya borcalanın vəfat etməsi ehtimalı nəzərə alınmalıdır.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see194

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see122

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see121

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see119

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri