Pensiyadan əvvəl ölən vətəndaşın kapitalı vərəsəsinə verilsin! Deputat
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pensiya məsələsi çox ciddi bir siyasi məsələdir. Ona görə də bu məsələ cəmiyyətin gözləntiləri baxımından çox həssas baxımı zəruri edir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsomli deyib.
“Pensiya sahəsində islahatlar həyata keçirilməlidir. Lakin bu islahatlar indiyə qədər olduğu kimi, pensiya yaşının artırılması istiqamətində yox, pensiya sahəsində həlli vacib olan bir sıra digər istiqamətlərdə olmalıdır: Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsait cəlb edilən mənbələrdən istifadənin səmərəliliyi artırılmalıdır”, - deputat vurğulayıb.
Ə.Məsimli rəsmi statistikaya istinadən bildirib ki, məşğul əhalinin yalnız 1,8 milyon nəfərə qədəri və ya 35 faizi müzdla çalışanlardır. Qalan 3,3 milyon nəfərin yarıya qədəri kənd təsərrüfatında çalışıb, vergidən əsasən azad olanlardır. Digər yarısının məşğul hissəsnin fəaliyyınin şəffaflaşdırılması Pensiya Fonduna xeyli əlavə vəsiatin daxil olmasına, bu isə öz növbəsində pensiyaların artırılması üçün maliiyə bazasının genişləndirilməsinə və dayanıqlılığına imkan verər.
Deputat Milli Məclisdə pensiya kapitalının vaxtından əvvəl istifadə edilməsi, eləcə də vətəndaş pensiyaya çıxana qədər dünyasını dəyişəndə, onun pensiya kapitalının vərəsəsinə verilməsi məsələləsini qaldırdığını qedy edib:
“Hesab edirik ki, vətəndaş pensiyaya çıxmazdan bir müddət əvvəl ona pensiya kapitalının bir hissəsindən istifadə imkanı verilməli, eyni zamanda, əgər vətəndaş pensiyaya çıxana qədər dünyasını dəyişərsə, onun pensiya kapitalının vərəsəsinə verilməlidir. Bu məsələlər sosial ədələt baxımından çox zəruridir”.
Ə.Məsimlinin sözlərinə görə, hazırda erkən təqaüdə çıxmaq hüququ yalnız 5 və ya daha çox uşağı olan qadınlara verilir, lakin bugünkü şəraitdə belə ailələr çox azdır.
“Biz bu mexanizmi genişləndirməyi təklif etdik ki, beş il əvvəl təqaüdə çıxmaq hüququ üç və ya daha çox uşağı olan ailələrə şamil edilsin”.
Baxış sayı:78
Bu xəbər 29 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















