Pensiyasından imtina etdi: “Bu, biabırçılıqdır”
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı müğənni Maşa Rasputina ona təyin olunan pensiyanın məbləğindən narazı qaldığını açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Viktor Zaxarov bildirib ki, Rasputina yaşa görə bir neçə il əvvəl pensiyaya çıxa bilsə də, indiyədək bunun üçün müraciət etməyib. Onun sözlərinə görə, ailə Sosial Fonda müraciət etdikdə əvvəlcə imtina cavabı alıb. Daha sonra isə bu qərarın səhv olduğu bildirilib və müğənniyə aylıq 8 min rubl (təxminən 170 manat) məbləğində pensiya təyin edilib.
Zaxarov iddia edib ki, təyinat verilsə də, ödənişlər hələ də hesablarına köçürülməyib. O, məsələyə aydınlıq gətirilməsi üçün yenidən aidiyyəti quruma müraciət edəcəyini deyib.
Maşa Rasputina isə jurnalistlərə açıqlamasında belə bir pensiyanı almaq fikrində olmadığını bildirib.
“Bu, biabırçı məbləğdir. Mən işləyirəm, konsertlər verirəm və həyatımı özüm qazanıram” deyə, ifaçı vurğulayıb.
Bu arada, bəzi Rusiya KİV-lərində Sosial Fondun əlavə yoxlamadan sonra Rasputinaya sığorta pensiyasının təsdiqlənmiş əmək stajı kifayət etmədiyi üçün verilməsindən imtina edə biləcəyi barədə məlumat yayılıb. Məsələ ilə bağlı Rusiya Sosial Fondu hələlik rəsmi açıqlama verməyib.
Baxış sayı:148
Bu xəbər 30 İyul 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















