Icma.az
close
up
RU
Pentaqon Baydenin Ukraynaya piyada əleyhinə minalar göndərilməsinə razılıq verdiyini təsdiqləyib YENİLƏNİB

Pentaqon Baydenin Ukraynaya piyada əleyhinə minalar göndərilməsinə razılıq verdiyini təsdiqləyib YENİLƏNİB

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Bayden Administrasiyasının Ukraynada piyada əleyhinə minalardan istifadəyə razılıq verdiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən TASS-a bildirilib.

O da bildirilib ki, Ukrayna tərəfi ABŞ-ın göndərəcəyi minaların mülki vətəndaşlara qarşı istifadə olunmayacağına dair öhdəlik götürüb.

***

05.49

ABŞ prezidenti Co Bayden piyada əleyhinə minaların Ukraynaya tədarükünə icazə verib.

APA xəbər verir ki, bu barədə iki amerikalı məmura istinadən “The Washington Post” qəzeti məlumat yayıb.

Onların fikrincə, bu qərar Rusiya qoşunlarının Ukraynanın şərqində irəliləməsi ehtimalı ilə əsaslandırılır.

Mənbələr iddia edir ki, piyada əleyhinə minalardan yalnız Vaşinqtonun Ukrayna ərazisi hesab etdiyi yerlərdə istifadə olunacaq.

seeBaxış sayı:86
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri