Icma.az
close
up
RU
Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu etiraf edib

Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu etiraf edib

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pentaqon hesab edir ki, Suriyada kimyəvi silah ehtiyatları ola bilər və Birləşmiş Ştatlar tərəfdaşları vasitəsilə onların öz qüvvələrinə və ya mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağa çalışır.

Bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqh jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə danışıb.

Onun sözlərinə görə, Pentaqon kimyəvi silah məsələsinə diqqət yetirir:

“Biz bu kimyəvi silahların mülki şəxslərə, ABŞ qüvvələrinə və ya onların bölgədəki tərəfdaşlarına qarşı istifadə etmək istəyənlərin əlinə keçməməsinə çalışırıq. Bu məsələdə təcrübəmiz var və biz bu silahların yanlış əllərə keçməsinin qarşısını almaq üçün yerdəki tərəfdaşlar vasitəsilə işləyirik”.

Pentaqon rəsmisi vurğulayıb ki, regiondakı ABŞ qüvvələri yüksək döyüş hazırlığındadır, lakin Suriyada hakimiyyət dəyişikliyi vəziyyətə təsir etməyib.

O əlavə edib ki, ABŞ ordusu son günlər Suriya məsələsində Rusiya ilə əlaqə kanalından istifadə etməyib:

“Sonuncu dəfə qeyd edildiyindən bəri mən münaqişədən yayınmaq üçün kommunikasiya kanalının yeni istifadəsini izləməmişəm. Ancaq yenə də bu həmişə bir ehtimal olaraq qalır”.

Pentaqonun sözçüsü Patrik Rayder dekabrın 2-də bildirib ki, ABŞ ordusu Suriya ilə bağlı Rusiya ilə əlaqə kanalını aktivləşdirib. Onun sözlərinə görə, bunu Amerika tərəfi açıq rabitə kanalının olmasına əmin olmaq üçün edib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri