Icma.az
close
up
RU
Pentaqon Ukraynaya silah göndərilməsini azaldır Tramp administrasiyasının yeni planı açıqlanıb

Pentaqon Ukraynaya silah göndərilməsini azaldır Tramp administrasiyasının yeni planı açıqlanıb

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Müdafiə naziri Pit Hegsetin Konqresin Nümayəndələr Palatasındakı çıxışı Vaşinqtonun Ukrayna siyasətində mühüm dəyişikliklərin baş verdiyini göstərib. Nazir bildirib ki, Pentaqon 2026-cı maliyyə ili üçün Ukraynaya silah tədarükünü azaltmağı planlaşdırır. Bu yanaşma Prezident Donald Trampın administrasiyasının yeni strategiyasına uyğunlaşdırılır.

Hazırda Ukraynaya silah göndərişi Bayden administrasiyası dövründə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Lakin Tramp administrasiyası hərbi qələbələrdən çox diplomatik razılaşmalara üstünlük verir. Hegset qeyd edib ki, “danışıqlar yolu ilə əldə edilən sülh sazişi həm tərəflər, həm də ABŞ üçün daha sərfəlidir.”

Nazir, həmçinin Ukraynanın Rusiyaya məxsus strateji aviasiya bazalarına dron hücumlarına da toxunub. Onun sözlərinə görə, bu hücumlar ABŞ ordusunun dron təhlükələrinə qarşı müdafiə sistemlərini təkmilləşdirməsinin vacibliyini ortaya qoyub. ABŞ, bu cür hücumların öz hərbi obyektləri üçün də risk yaradacağından narahatdır.

Tramp administrasiyası 2026-cı il üçün Pentaqonun büdcəsinin 1 trilyon dolları keçməsini təklif edir. Bu, hazırkı büdcədən 200 milyard dollar artıqdır. Lakin artım Ukraynaya yardım üçün deyil, ABŞ ordusunun texnoloji imkanlarının gücləndirilməsinə yönəldiləcək. Paralel olaraq, Konqresdə 831 milyard dollarlıq alternativ büdcə layihəsi də müzakirə olunur.

Bu proseslər fonunda Prezident Trampın Ukrayna ilə bağlı dedikləri diqqət çəkib: “Mən Ukraynanın tərəfində ola bilərəm, amma bu, mütləq Zelenski demək deyil.” Bu açıqlama ABŞ-ın dəstəyinin konkret şəxslərə deyil, milli maraqlara əsaslandığını göstərir.

Görünən odur ki, ABŞ-ın Ukrayna siyasətində ciddi dəyişikliklər baş verir. Tramp administrasiyası müharibənin uzanmasını deyil, sülh danışıqlarının intensivləşməsini prioritet hesab edir. Bu isə Ukrayna və Rusiya ilə münasibətlərin gələcəyi baxımından yeni mərhələnin başlandığını göstərir.

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri