Peres Mbappe, Vinisius və Bellinqemi Real Madrid də nə gözlədiyini açıqladı
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid"in prezidenti Florentino Peres jurnalistlərin "Kral klubu"nun ulduz oyunçuları - cinah yarımmüdafiəçisi Vinisius Junior, hücumçu Kilian Mbappe və yarımmüdafiəçi Cud Bellinqemin gələcəyi ilə bağlı suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, AS qəzeti klub rəhbərinin açıqlamasını belə təqdim edib:
"Mbappe həm də dünyanın ən yaxşı oyunçularından biridir. Onun nə qədər müstəsna olduğunu görmək üçün sadəcə statistikasına baxın. Heç kim onun belə fenomenal oyunçu statusuna şübhə etməməlidir. O, bizə böyük fayda gətirəcək və əminəm ki, "Real Madrid"də böyük uğur qazanacaq.
O cümlədən də Vinisius və Bellinqem. Söhbət müstəsna oyunçulardan gedir. Dünyanın istənilən böyük klubunun heyətində görmək istədiyi oyunçulardan danışırıq. Şanslıyıq ki, onları "Los Blancos"da görürük. Əlbəttə ki, onlar da "Real Madrid"də qalacaqlar".
Vinisius ötən mövsüm klubun heyətində bütün yarışlarda 53 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib. Mbappe 44 oyun keçirib, 42 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Bellinqem isə 40 oyun keçirib, 8 qola və 5 asistə imza atıb.
Xatırladaq ki, "Real Madrid" prezident seçkisinə hazırlaşır. İş adamı Enrike Rikelme seçkidə hazırkı prezidentə rəqib olacaq.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 04 İyun 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















