Icma.az
close
up
RU
Perinatal Mərkəzdə yanğın işi Hakim heyəti dəyişdi

Perinatal Mərkəzdə yanğın işi Hakim heyəti dəyişdi

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bu gün, yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi davam etdiriləcək.

Bakıvaxtı.az Musavat.com-a istinadla xəbər verir ki, sonuncu prosesdə məhkəmə tərkibinin dəyişdiyi məlum olub.

Bundan əvvəlki heyətdə olan hakimlər Novruz Kərimov və Rasim Sadıxov yaş həddi ilə bağlı təqaüdə çıxıblar. Buna görə yeni hakim heyəti formalaşdırılıb. Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi yeni hakimlər heyətində Mahirə Kərimova və Fəxri Məmmədov yer alıblar. Hakim bildirib ki, qanunvericiliyə görə, tərəflər etiraz etməsələr, proses qaldığı yerdən davam etdirilə bilər. Zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri, dövlət ittihamçısı prosesin qaldığı yerdən, təqsirləndirilən şəxslər və onların vəkilləri isə məhkəmə istintaqının təzə tərkibdə yenidən başlanmasını istəyiblər. Məhkəmə istintaqı yenilənib, proses ittiham aktının elan olunması ilə başlanıb. Bildirilib ki, yeni işə çıxan hakimlər işlə tanış olublar, onlarda suallar yaranarsa, həmin hissə ilə bağlı dinləmə təkrar keçirilə bilər. Buna gərə də əvvəlki heyətin araşdırma mərhələsindən yalnız dövlət ittihamçısının çıxışı etməsi nəzərdə tutulub. Daha sonra dəvət ittihamçısı ittiham aktını elan edib.

Prosesdə şahid qismində ifadə verən Təbriz Nəzirli deyib ki, mərkəzdə mühəndis işləyib, hadisədən yeddi-səkkiz ay sonra işdən çıxıb:

"Mənim vəzifəm avadanlıqların quraşdırılması ilə bağlı idi. Tibbi cihazlar mühəndisiyəm. İcbari sığortanın işçi olmuşam. Elektriklərin üstünün açıq olması ilə bağlı mənə dedilər. Mən də bunu Elnur müəllimə çatdırdım. Dörd "rozetka"nın üstü açıq idi. Elnur müəllim gəlib baxdı, dedi, həll olunacaq".

Şahid qeyd edib ki, Mehriban Abasquliyevaya işlə bağlı "WhatsApp"la məlumat verib:

"Mən təkcə "WhatsApp"la məlumat verməmişəm. İşdə olanda ərazidə yoxlama aparan zaman da məlumat vermişəm. Elektrik yuvalarının açıq olmasını özü də görüb. Demişdi ki, problem həll olunacaq. Yanğın baş verən zaman orada olmuşam. Gecə orada idim, sonradan getdim. Mən geri qayıdanda yanğın söndürülmüşdü".

Şahid bildirib ki, hadisədən sonra küvəzlərə baxış keçirilib:

"Mütəxəssisin küvəzə baxış keçirməsi ilə bağlı protokol yazılıb. Mən də protokola imza atdım. Küvəzlər olan otaqlarda uzadıcılar var idi. Onlar küvəzlərə qoşulmuşdu. Yanğının baş verdiyi küvəzə uzadıcı qoyulmasını əvvəllər görmüşəm".

Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev şahidin yalan danışdığını deyib:

"Yanğın baş verdiyi küvəz tibb bacıları tərəfindən dəyişdirilib. Bu yanan küvəzdə uzadıcının qoşulmasını necə görə bilər? Yalan danışır".

Dövlət ittihamçısı vəkilin şahidə təzyiq göstərdiyini deyib və ona xəbərdarlıq edilməsini istəyib. Hakim vəkilə xəbərdarlıq edib.

Daha sonra şahid təqsirləndirilən şəxslərin digər vəkillərinin suallarını cavablandırıb.

Vəkil Əlövsət Abbasov cihazların hansının panelə, hansının uzadıcıya qoşulmalı olduğu göstərişi barədə soruşduqda şahid belə cavab verib:

"Biz bunu deyirdik, amma qızlar deyirdilər ki, nə edək, xəstə çoxdur, yer yoxdur. Mən bununla bağlı Elnur müəllimə də demişəm. Tibb bacıları bizə "razetka" sayının az olmasından şikayət edirdilər. Uzadıcının uzadıcıya qoşulmasını görməmişəm. Bunun şahidi olmamışam, amma eşitmişəm".

Təbriz Nəzirlinin sözlə görə, mərkəzdə səyyar cihazlar olub və onlar uzadıcı olan cihazlara qoşulub:

"Uzadıcı bir neçə küvəzə qoşulduğu halda yanğın uzadıcıda baş verir. Yükə dözmür, gərginlik artır, bu da yanğına səbəb olur".

Vəkil isə bildirib ki, yanğının uzadıcıda deyil, aparatda baş verdiyi videogörüntülərdən aydın görünür.

Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yeni doğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş körpə ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri