Icma.az
close
up
RU
Pərpərən saydıqca bitməyən faydaları

Pərpərən saydıqca bitməyən faydaları

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Pərpərən, Pərpətöyün, Gəlinbarmağı kimi tanınan bir bitki Azərbaycanın hər tərəfində yabanı olaraq bitir. Yadımdadır Sovet dönəmində pərpərənin duza qoyulmuş turşusunu Azərbaycan istehsal edirdi və dünyanın bir çox dövlətlərinə eksport edilirdi, xatırladım ki, pərpərən turşusu indi də Avropada sevilərək istifadə olunur iş adamlarımız bu barədə düşünsələr yaxşı olar İnşAllah. Pərpərənin tərkibində minerallardan sink, mis, nikel, dəmir, kalsium, kalium, natrium, maqnezium və demək olar ki, vitaminlərin bir çoxu əsasən C vitamini, A vitamini daha çoxdur. Olduqca faydalı bir bitkidir demək olar uşaqdan tutmuş qocalara qədər hamı üçün faydalıdır. Daimi istifadə edən insanlarda dəri parlaqlığı, gümrahlıq, mədə, bağırsaq normal çalışması, əsəb gərginliyi əleyhinə, zəiflik əleyhinə istifadə oluna bilən bir nemətdir həm də gözəl dadı vardır, gözəl bir qida vasitəsidir. Tərkibində başqa bitkilərdə nadir rast gəlinən noradrenalin vardır ki, bunun hesabına yüksək təzyiqi aşağı salır.

Pərpərənin faydaları haqqında: Anemiya, qan azlığında faydalıdır tərkibində bədən tərəfindən tez sorula biləcək dəmir vardır; Tərkibindəki saponinlər orqanizmə gümrahlaşdırıcı bir təsir göstərir, yorğunluq uzun sürən xəstəlik  zamanı içilməsi faydalıdır; Qan təzyiqini salır və qanda şəkəri normallaşdırır; Tərkibindəki zəngin kalsium sümük boşluğunda, sümük əriməsində faydalıdır; Tərkibindəki kalium ürək əzələsini və saya əzələrin işini normallaşdırır; Uzun zaman sidikqovucu dərman içənlərdə kalium bədəndən qovulur amma pərpərən həm sidikqovucu kimi istifadə olunur həm də itirilən kaliumun əvəzinə tərkibindəki kaliumu bədənimiz mənimsəyir; Göz zəifliyindən əziyyət çəkənlər üçün faydalıdır tərkibində A vitamininə görə; Prostat vəzi xəstəliklərində faydalıdır; Beyinin inkişafı üçün faydalıdır əsasən uşaqlar üçün faydalıdır; Qaraciyər çatışmazlığı üçün olduqca faydalıdır; Tərkibindəki selikli maddələr yaxşı bir bəlğəmgətiricidir Dərini parlaqlaşdırır, cavanlaşdırır; Zob xəstələri üçün faydalıdır; Əsəbsakitləşdirici təsiri vardır, yuxunu dərinləşdirir; Xərçəngdən qorunmaq üçün faydalıdır tərkibində güclü antioksidantlar vardır; Qəbizlik əleyhinə təsiri vardır bununlada babasil üçün faydalıdır; Tərkibindəki selikli maddələr qastrit və kolitlər zamanı mədə bağırsağa bürüyücü olaraq təsir gösrərir və sağaldır; Yüksəlmiş xolesterini salır ümumiyyətlə ALT AST Bilrubin və triqliseridlərin yüksəlməsini aşağı salır; Aterosklerozda çox faydalıdır. Arıqlamaq istəyənlər üçün çox faydalıdır beləki təzə pərpərən yığılır qaynadılır və qatığa qarışdırılıb yeyilir.

Tərkibində zəngin omeqa 3 vardır beyin inkişafı üçün faydalıdır, cinsi istəyi artırır çünki tərkibində E vitamini vardır. Pərpərənin bir neçə istifadə formaları vardır məsələn ən faydalısı, çiy olaraq salatlara qarışdırıb yeməkdir, bir buğum qaynadıb 1 xörək qaşığı qaynadılmış pərpərəni 1 stəkan qatığa qarışdırıb yemək də çox faydalıdır, bu qarışıma 1 diş sarımsaq əlavə olunanda çox ləzzətli olur. Pərpərən turşusunu qoyanda ehtiyyatlı olmaq lazımdır çünki pərpərən turşusunda olduqca qorxulu olan botulizm törədiciləri inkişaf edə bilər əgər turşusunun qapağı şişibsə istifadə etməməlisiniz, yaxşı olar turşusunu qoyanda bankanın ağzı konserv kimi kip olaraq bağlanılmasın.fizulihuseynov

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri