Icma.az
close
up
RU
Pərviz Şahbazov: 2030 cu ilədək dünyada enerji saxlanc sistemləri 1500 giqavata yüksəldilməlidir

Pərviz Şahbazov: 2030 cu ilədək dünyada enerji saxlanc sistemləri 1500 giqavata yüksəldilməlidir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) “Beynəlxalq Əməkdaşlıq və Dayanıqlı, Təmiz və Ədalətli Enerji Keçidinin Sürətləndirilməsi” mövzusunda çıxış edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Bakı İqlim Fəaliyyəti Həftəsinin qlobal iqlim gündəliyinin icrasını yerli və regional səviyyədə sürətləndirən nüfuzlu platforma kimi COP29-un nəticələrinin reallaşdırılması və təmiz, ədalətli enerji keçidinin irəlilədilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb. COP29-un qlobal iqlim fəaliyyətinə güclü impuls verərək ədalətli həllər və bərpaolunan enerjinin sürətli inkişafı istiqamətində yeni üfüqlər açdığını deyən nazir bildirib ki, burada dövlət başçısının Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirən, “yaşıl artım” və “yaşıl enerji” ölkəsi kimi inkişafını təmin edən uzaqgörən strateji liderliyi və iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə təşəbbüskarlığı misilsiz rol oynayıb.

“Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin günəş və külək layihələrinin inkişafını, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsini, ölkənin enerji sisteminin dayanıqlılığını təmin edən və şaxələndirilmiş nəql infrastrukturlarının yaradılmasını hədəfləyən siyasəti COP29-un enerji təşəbbüslərinin əsas hərəkətverici qüvvəsi oldu. İndiyədək 67 ölkə, “Qlobal Enerji Saxlama və Şəbəkələr Öhdəliyi”nə, 66 ölkə “Hidrogen Bəyannaməsi”nə, 59 ölkə isə “Yaşıl Enerji Öhdəliyi”nə qoşulub”,- deyə nazir qeyd edib.

Nazir Pərviz Şahbazov bildirib ki, 2030-cu ilədək dünyada 1,5 dərəcə hədəfinə çatmaq üçün bərpaolunan enerjinin istehsal gücünü 11 min giqavata çatdırmaq kifayət deyil, həmçinin enerji saxlanc sistemləri 1500 giqavata yüksəldilməli, 25 milyon kilometr elektrik şəbəkəsi inşa və ya yenilənməli, istehsal və tələbat mərkəzlərini birləşdirən, regionlararası sistemlərdə qarşılıqlı dayanıqlığı təmin edən enerji dəhlizləri yaradılmalıdır.

Qeyd olunub ki, Azərbaycan 2030-cu ilədək şəbəkənin maksimum inkişaf imkanlarına uyğun olaraq 2,7 giqavat gücündə külək- günəş elektrik stansiyalarının inşasını planlaşdırır. Bu addım ölkəmizdə bərpaolunan enerjinin quraşdırılmış gücünü üç dəfə artıraraq 4 giqavata çatdırmaqla, 3,2 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq. Növbəti iki il ərzində şəbəkəyə 10 yeni stansiya və 2 giqavatlıq bərpaolunan enerji gücünün idarə olunması üçün 250 meqavat gücündə və 500 meqavat/saat saxlama həcminə malik batareya sistemləri inteqrasiya ediləcək. Bu stansiyalardan biri, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə noyabr ayında istifadəyə veriləcək. Həmçinin 2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş, külək stansiyalari və damüstü panellər hesabına istehsal gücünün 1,6 giqavata çatacağı, nəticədə 2 milyon tondan çox emissiyanın azaldılacağı bildirilib.

Çıxışda Azərbaycanın regional müstəvidə enerji keçidi və iqlim hədəflərinə töhfə verən, Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizləri layihələrindən də bəhs edilib: “2032-ci ilədək quruda və dənizdə yaradılacaq 6 giqavatdan çox gücün 4 giqavatının “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi ilə mərhələli şəkildə ixracına başlanması planlaşdırılır ki, bu da təxminən 4,5 milyon ton emissiyanın azaldılmasına bərabərdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri