Icma.az
close
up
RU
Peşə əmək qabiliyyətinin itirilməsinə dair yeni qaydaları zəruri edən səbəb açıqlanıb

Peşə əmək qabiliyyətinin itirilməsinə dair yeni qaydaları zəruri edən səbəb açıqlanıb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Əlilliyin qiymətləndirilməsi haqqında meyarların üzərində aparılan göndərişlər əsasında, səbəb-əlaqə qismində əgər istehsal qəzası bədbəxt hadisə kimi qeyd olunurdusa, biz dərhal müvafiq qanunvericiliyin tələb etdiyi sənədləri tələb etməklə, Tibbi-Sosial Ekspertiza Komissiyasının həkim ekspertləri vasitəsilə 10 gün müddətində praktik qaydada təyinat aparırdıq.

APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinin müzakirəsində deyib.

“Bu təyinat nəticəsində də vətəndaş sistem üzərindən əgər əlillik təyinatı varsa, səbəb-əlaqə olaraq istehsal qəzası göstərilirdi və müvafiq qaydada həmin məlumatları iş yerinə ötürürdü. Əlilliyin müəyyən edilməsi meyarlarında əlillik təyinatı üçün orqanizmin funksiyasının pozulması dərəcəsi 30%-dən yuxarı olaraq qəbul edilir. 30%-dən yuxarı olan təqdirdə vətəndaşa əlillik təyin olunur və istehsalat qəzası səbəbindən əlillik müəyyən edilmiş olur. Lakin istehsal qəzası nəticəsində vətəndaşın xəsarət dərəcəsi, orqanizmin funksiyasının itirilmə dərəcəsi 30%-dən aşağı olacağı təqdirdə təəssüf ki, hansı faiz dərəcəsi ilə onun tənzimlənəcəyi qanunvericilikdə təsbit olunmamışdı. Bu boşluqları aradan qaldırmağa çalışırdıq. Amma bu sahədə boşluğun, bir qayda əksikliyinin olduğu müəyyənləşdirildi və bunun üçün belə bir qayda ərsəyə gətirildi”, - deyə Ramin Rzayev qeyd edib.

Qeyd edək ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair yeni qaydalar olacaq. Qanun layihəsi qəbul edildikdən sonra sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin yeni qaydaları qüvvəyə minəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see356

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see171

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see170

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see163

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see139

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see137

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see137

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see136

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see135

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see132

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see132

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see132

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see126

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see125

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see124

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see124

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see123

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri