Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan gənclərin bilik və bacarıqları qiymətləndirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı kurslarını başa vurmuş gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılıb.
Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ümumilikdə 30 nəfər qiymətləndirilib.
Agentliyin İctimaiyyətlə əlqələr və kommunikaiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyi olan gənclər “Kompüter istifadəçisi”, “Kişi bərbəri”, “Qadın bərbəri”, “Aşpaz köməkçisi”, “Montajçı operator”, “Manikür”, “Dərzilik”, “Rəssamlıq”, “Xalçaçılıq”, “Dulusçuluq” və “Bədii oyma” peşələri üzrə öyrəndiklərini nümayiş etidiriblər.
İmtahan komissiyasının rəyinə əsasən, kursu uğurla başa vurduqlarına görə 14 nəfərə müvafiq peşə üzrə, 16 nəfərə isə ilkin peşə vərdişi qazandıqlarına və özünəxidmət bacarıqları əldə etdiklərinə görə müvafiq şəhadətnamələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















