Peşə təhsili alanlarla hərbi xidmətdən möhlət veriləcək? RƏSMİ
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Peşə təhsili alanlarla bağlı hərbi xidmətdən möhlət hüququnda dəyişiklik nəzərdə tutulmur".
Modern.az-ın məlumatına görə, AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hazırda ümumi təhsil bazasından peşə təhsili müəssisələrinə qəbul olunan və 20 yaşadək olan şəxslər hərbi xidmətdən möhlət hüququndan istifadə edirlər.
Direktor bildirib ki, digər təhsil bazalarından və fərqli kateqoriyalar üzrə qəbul olunan şəxslərlə bağlı mövcud qaydalarda hər hansı dəyişiklik nəzərdə tutulmur.
"Hazırda qüvvədə olan qaydalar tətbiq edilir. Gələcəkdə bu məsələ ilə bağlı zərurət yaranarsa, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıla bilər. Lakin hazırda bununla bağlı hər hansı dəyişiklik gündəmdə deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 29 İyul 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















