Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verilsin

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ verilsin

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Son illərin iş bazarı tendensiyaları göstərir ki, ali təhsil almış gənclər bəzən peşə təhsili görən həmyaşıdlarına nisbətən iş tapmaqda çətinlik çəkirlər. Bu isə valideynlərdə sual doğurur: övladlarını gələcəkdə iş imkanlarını artırmaq məqsədilə peşə təhsili istiqamətinə yönəltmək nə dərəcədə doğru olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil üzrə mütəxəssis Ramin Nurəliyev bildirdi ki, bizim peşə təhsili sahəsində müəyyən problemli məqamlar var:

"Doğrudur, dövlət tərəfindən peşə təhsilinə ciddi diqqət ayrılır. Peşə təhsili müəssisələrinin sayı artır, dövlət sifarişli yerlərin həcmi genişləndirilir, yeni ixtisaslar açılır, yüksək peşə təhsili üzrə istiqamətlərin sayı çoxaldılır. Xüsusilə son iki ildə bu addımlar peşə təhsilinin inkişafına yönəlmiş diqqət və qayğının göstəricisi kimi qiymətləndirilə bilər. Lakin təəssüf ki, hazırda gənclər peşə təhsilinə yönəlməkdə yetərincə maraqlı deyillər".

Müsahibimizin sözlərinə görə, belə vəziyyətdə iki əsas problem görünür:

"Birinci məsələ ondan ibarətdir ki, peşə təhsili və xüsusilə yüksək peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi vacibdir. Əgər məqsəd gəncləri peşə təhsilinə yönəltməkdirsə, bu mexanizm mühüm stimullaşdırıcı vasitə ola bilər.

İkinci məsələ peşə təhsilinin geniş maarifləndirilməsidir. Cəmiyyətdə belə bir stereotip formalaşıb ki, yalnız ali təhsil uğur sayılır. Bir çox hallarda abituriyent ali məktəbə qəbul ola bilmədikdə, xaricdə ali təhsil almağa yönəldilir. Lakin attestatla xaricə gedənlərin, xüsusilə aşağı nəticə göstərmiş gənclərin əhəmiyyətli hissəsi təhsilini başa vura bilmir, diplom ala bilmir və ya aldıqları diplom tanınmır. Bu isə həm maddi, həm də vaxt itkisinə səbəb olur. Bu gün cəmiyyətdə demək olar ki, hər kəsin çevrəsində xaricdə oxuyub təhsilini yarımçıq qoyan və ya diplomu tanınmayan gənclərlə bağlı nümunələr var. Bəzi hallarda isə gənc ali təhsil diplomu alsa belə, ixtisas üzrə yetərli bilik və bacarıq formalaşmır və əmək bazarında həmin ixtisas üzrə fəaliyyət göstərə bilmir".

Ekspertin fikrincə, cəmiyyətdə “mütləq ali təhsil” yanaşması müəyyən mənada prestij məsələsinə çevrilib:

"Halbuki gənc ali təhsil ala bilmirsə, diplom əldə etmirsə və ya ixtisas üzrə işləmirsə, bu halda peşə təhsili daha səmərəli seçim ola bilər. Hazırda dövlət sifarişi ilə, ödənişsiz peşə təhsili imkanları mövcuddur və gənc qısa müddətdə konkret peşə sahibi ola bilər. Peşə təhsili çərçivəsində tikinti, dülgərlik, avtomobil ustalığı, tikişçilik, xidmət sahələri, eləcə də kompüter və İT yönümlü istiqamətlər daxil olmaqla çoxsaylı ixtisaslar mövcuddur. Gənc maraq göstərdiyi sahə üzrə təhsil alaraq ən azı konkret bir peşə üzrə mütəxəssis kimi formalaşa və gələcək karyerasını həmin istiqamətdə qura bilər. Bununla belə, bəzi hallarda valideynlər övladlarını peşə təhsilinə yönəltməyə razı olmur və mütləq ali təhsil tələbi irəli sürürlər. Bu yanaşmanın dəyişdirilməsi üçün media və ictimai maarifləndirmə mühüm rol oynaya bilər. Əgər gənc xaricdə oxuyub diplom ala bilmirsə və ya tanınmayan universitetdə təhsil alırsa, bu istiqamətə böyük maliyyə xərcləməyin səmərəliliyi sual doğurur".

Mütəxəssis digər mühüm məsələnin isə peşə təhsilində boş qalan plan yerləri olduğunu bildirdi. 

"Dövlət yeni müəssisələr açır, ixtisasların sayını artırır, lakin maraq yetərli olmadığından yerlər dolmur. Bu problemin həlli yollarından biri kimi xidmət və istehsalat sahələrində çalışan şəxslər üçün peşə təhsili və ya müvafiq sertifikatın tələb olunması təklif edilir. Yəni hər hansı usta kimi fəaliyyət göstərən şəxsin həmin sahə üzrə peşə təhsili və ya rəsmi təsdiqedici sənədi olmalıdır. Hazırda bəzi hallarda qısa müddət köməkçi kimi çalışan şəxslər özlərini peşəkar usta kimi təqdim edirlər. Bir çox ölkələrdə isə müvafiq təhsil və ya sertifikat olmadan xidmət göstərmək mümkün deyil.

Belə yanaşma tətbiq edilərsə, həm xidmət keyfiyyəti artar, həm də istehlakçıların hüquqları daha yaxşı qorunar. Məsələn, vətəndaş ustanın ixtisasını, qeydiyyatını, vergi uçotunu yoxlaya, xidmət müqaviləsi bağlaya bilər. Bu isə mümkün sui-istifadə hallarının qarşısını almağa kömək edər. Eyni yanaşma avtomobil təmiri kimi texniki sahələrə də aiddir. Müvafiq təhsil və praktik bacarıq birlikdə olduqda xidmətin keyfiyyəti və təhlükəsizliyi daha yüksək olur. Bu səbəbdən təklif olunur ki, xidmət göstərən peşə sahibləri üçün rəsmi peşə təhsili və ya sertifikatlaşdırma tələbi tətbiq edilsin. Bu addım peşə təhsilinə marağın artmasına və əmək bazarında daha peşəkar mühitin formalaşmasına töhfə verə bilər", - deyə Ramin Nurəliyev yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Fevral 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri