Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Peşə təhsili beynəlxalq standartlara uyğunlaşdırılır

Peşə təhsili beynəlxalq standartlara uyğunlaşdırılır

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Peşə təhsili əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və gənclərin əmək fəaliyyətinə daha hazırlıqlı şəkildə qoşulması baxımından mühüm rol oynayır. Azərbaycanda bu təhsil istiqamətinin formalaşması uzun tarixi dövrü əhatə edir. XIX əsrdə ilk ixtisaslaşmış təhsil müəssisələrinin yaradılması ilə başlayan proses zamanla genişlənərək müasir peşə təhsili sisteminin qurulmasına, yeni ixtisasların tətbiqinə, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına və müəssisələrlə əməkdaşlığın inkişafına zəmin yaradıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi” məlumat yayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, Azərbaycanda peşə təhsilinin tarixi 1843-cü ildə Şəkidə ilk təcrübi ipəkçilik məktəbinin açılması ilə başlayır. 1887-ci ildə isə Bakı Şəhər Peşə Mərkəzi fəaliyyətə başlayıb.

Peşə təhsilinin ilkin əsaslarının qoyulmasından 97 il sonra - 1940-cı ildə ölkədə artıq 32 təhsil müəssisəsi fəaliyyət göstərib. Arxiv məlumatlarına əsasən, 1969-cu ildə Azərbaycanda 76 texniki-peşə məktəbində təxminən 41 min şagird təhsil alıb. Bu sahənin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də 2007-ci ildə Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi olub.

Müasir peşə təhsilinin institusional təməlinin qurulması

Müasir peşə təhsilinin institusional təməlləri əsasən 2016–2021-ci illərdə formalaşdırılıb. Bu mərhələdə əsas məqsəd əmək bazarının dəyişən tələblərinə çevik cavab verə bilən, daha müasir və effektiv peşə təhsili sisteminin yaradılması olub.

Bu istiqamətdə həyata keçirilən tədbirləri beş əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür:

İdarəetmə: İdarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması olub.

Qanunvericilik: Peşə təhsilinin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından 2018-ci ildə qəbul edilən “Peşə Təhsili haqqında” Qanun əsas addımlardan biri hesab olunur.

Şəbəkələşmə: 2016–2018-ci illərdə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması bu sahədə şəbəkələşmənin genişləndirilməsi və təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən əsas layihələrdən olub.

Tərəfdaşlıq: Dual təhsil modeli, o cümlədən iş yerində öyrənmə imkanlarının genişləndirilməsi, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın inkişafı baxımından mühüm istiqamət təşkil edib.

Rəqəmsallaşma: Peşə təhsili alt sisteminin yaradılması bu sahədə rəqəmsal imkanların genişləndirilməsi, proseslərin elektronlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biri olub.

2022–2026-cı illər Sosial-İqtisadi İnkişaf Strategiyası

2022–2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində peşə təhsili üzrə 7 hədəf müəyyənləşdirilib və təqdim olunan məlumatlara əsasən, bu hədəflərin icrası təmin edilib.

Strategiya çərçivəsində peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tələbələrin sayı 11 min nəfər artırılıb. Yüksək texniki peşə təhsilinə cəlb olunan tələbələrin sayı isə 9200 nəfər artıb.

Yeni təhsil proqramlarının hazırlanması hədəfi üzrə 75 yeni proqram icra edilib. Müasir maddi-texniki bazanın gücləndirilməsi istiqamətində 8 müasir təminatlı peşə təhsili mərkəzi istifadəyə verilib.

Bununla yanaşı, 8 elektron xidmət təqdim olunub, 15 min nəfər qısamüddətli təlimlərə cəlb edilib. 2022–2026-cı illər ərzində peşə təhsili üzrə tətbiq olunan adambaşına maliyyələşmə modeli əlavə olaraq 12 min tələbəni əhatə edib.

Tədris əmək bazarının tələbatına uyğunlaşdırılır

Peşə təhsilinin inkişafında əsas istiqamətlərdən biri tədris proqramlarının əmək bazarının aktual və perspektivli tələblərinə uyğun yenilənməsidir. Bu çərçivədə yeni texnologiyaların tətbiqi, iqtisadiyyatın inkişaf edən sahələri üzrə kadr hazırlığı və müasir ixtisasların tədrisə daxil edilməsi diqqət mərkəzində saxlanılır.

2023–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində 33 yeni ixtisas yaradılıb. Bu ixtisaslar əsasən informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, rəqəmsal məzmun, mexatronika və rəqəmsal istehsalat, elektrik və hibrid nəqliyyat, qida emalı və aqrotexnologiya sahələrini əhatə edib.

Bununla yanaşı, peşə təhsili alanların bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılması, onların rəqabət qabiliyyətinin artırılması məqsədilə müxtəlif beynəlxalq sertifikat proqramları həyata keçirilib. Bunların proqramlar arasında Pearson IT Specialist Certification, CompTIA Security, Autodesk Certified User AutoCAD, ACCA (F1, F2, F3) və City & Guilds beynəlxalq sertifikat proqramları yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see336

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see311

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see296

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see276

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see273

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see271

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see270

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see267

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see259

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see249

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see244

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see240

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see239

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see232

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see230

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see221

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see217

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri