Kilsədə qətliam törədən şəxslər saxlanıldı
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İordaniyada Karak bölgəsindəki Əl-Hammuda Pravoslav Kilsəsinə edilən hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində ixtisaslaşmış istintaq və reyd qrupları üç terrorçunu həbs edib.
İordaniya İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, şübhəlilər tərk edilmiş bir evdə tapılıblar. Onlar təslim olmaqdan imtina ediblər və təhlükəsizlik qüvvələrinə atəş açıblar. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları atəşə cavab olaraq yaralı olan hər üçünü saxlayıblar.
Hesabatda bildirilir ki, şübhəlilər həbs olunarkən onlardan odlu silah və sursat müsadirə edilib. Təhlükəsizlik qüvvələri arasında xəsarət alan olmayıb.
Xatırladaq ki, kilsəyə hücum nəticəsində 7 nəfər həlak olub, onlarla insan yaralanıb.
Baxış sayı:78
Bu xəbər 26 Oktyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















