Peşəkar cüdo məşqçisi olmaq istəyənlər üçün mühüm mərhələ FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycan Cüdo Federasiyası və Azərbaycan İdman Akademiyasının birgə təşkil etdiyi məşqçilərin sertifikatlaşdırılması proqramı davam edir.
İdman.Biz xəbər verir ki, iki mərhələdən ibarət proqramın nəzəri hissəsi başa çatıb və imtahandan uğurla keçən məşqçilər praktiki hazırlıq mərhələsinə buraxılıblar.
Beş gün davam edən praktiki mərhələdə iştirakçılar məşq prosesinin təşkili, təhlükəsiz texnikaların tətbiqi, məşq planlaşdırılması və idmançı ilə düzgün kommunikasiya üzrə bilik və bacarıqlar qazanırlar. Təlimləri federasiyanın təcrübəli mütəxəssisləri aparır.
Hər iki mərhələni uğurla başa vuran məşqçilərə Azərbaycan İdman Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə peşəkar sertifikatı təqdim ediləcək. Program, ölkədə cüdo üzrə məşqçilik fəaliyyətinin vahid standartlara uyğunlaşdırılmasını hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 19 Noyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















