Peşəkar Futbol Liqası Qəbələ nin 460 min manat borcunu silib
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Peşəkar Futbol Liqası "Qəbələ"nin 460 min manat borcunu silib.
Oxu.Az xəbər verir ki, bunu İctimai Televiziyada yayımlanan "OffTop" verilişinin qonağı olan Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev deyib.
Veriliş ərzində bir çox mövzulara toxunulub. Bunlardan ən diqqətçəkəni isə "Qəbələ" klubu ilə bağlı olub.
Ötən verilişlərdən birində klubun idman direktoru Səbuhi Səfiyarlı Peşəkar Futbol Liqasına irad dolu açıqlama vermişdi. Klub rəsmisi Premyer Liqadan 1-ci Liqaya düşməzdən əvvəl PFL-ə 110 min manat borclarının qaldığını, müraciət etsələr də, bu borcu silmədiklərini bildirmişdi.
Budəfəki verilişdə isə Aslan Şahgəldiyev şok açıqlama verib. Aydın olub ki, PFL "Qəbələ" klubunun yarım milyona manata yaxın, daha dəqiqi, 460 min manat borcunu silibmiş.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 İyul 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















