Peşəkar Futbol Liqası Azərbaycan Kubokunun reqlamentini dəyişdirə bilər
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunda reqlamenti dəyişdirmək qərarı barədə düşünməyə başlayıb.
Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası ilə yanaşı, həm də kubokun keçirilməsinə cavabdeh olan qurum turnirdə ikili matçların sayını azaltmaq qərarına gəlib. Belə ki, 2025/26 mövsümündən etibarən ölkə kubokunda yarımfinala kimi olan görüşlərdə qalib bir oyuna əsasən müəyyənləşəcək.
Kubokda yarımfinala kimi olan bütün oyunlarda ev sahibi komanda isə püşk yolu ilə seçiləcək. Yalnız yarımfinal matçları ev-səfər prinsipi ilə oynanılacaq.
Qurum bununla bağlı müzakirələrini davam etdirir və mövsümün əvvəlində bu məsələ konkretləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:Peşəkar Futbol Liqası boz binadan uzaqlaşdı
18 Avqust 2025 00:20
Peşəkar Futbol Liqası idman jurnalistlərini təbrik etdi
22 İyul 2025 18:38
Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib
02 Dekabr 2024 16:23
Peşəkar Futbol Liqası Ayın qolu layihəsinin şərtlərini dəyişdirdi
02 Dekabr 2024 16:42
Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli də
12 Mart 2025 11:14
Baxış sayı:121
Bu xəbər 15 May 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















