Icma.az
close
up
RU
Peşəkar Futbol Liqası boz binadan uzaqlaşdı

Peşəkar Futbol Liqası boz binadan uzaqlaşdı

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Azərbaycan Peşəkar Futbol Liqası (PFL) yeni ofisə köçüb.

Mia.az xəbər verir ki, uzun illər Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) binasında fəaliyyət göstərmiş PFL nəhayət, özünə aid bir ofisə daşınıb.

Bundan sonra jurnalistlər PFL-i Əhməd Rəcəbli 185 ünvanında ziyarət edəcəklər.

“Köç məsələsi lap yerinə düşdü”, sözünü ürəklə deyə bilərəm. Zatən AFFA-nın boz binasını mən rəngarəng və səmimi atmosferi olan PFL-lə heç tutuzdura bilmirdim. Mən bilən, PFL-in orada texniki baxımdan heç rahatlığı da yox idi. Texniki deyirəm, amma adamların işinin ruhu da AFFA-dakıların şinelinə uymurdu: kənardan baxanda adamın beynində mərc platforması sintezini yaradanların yanında PFL-in nə işi ola bilərdi? Bir-birinə tamamilə zidd platformalardı, sadəcə.

Köç proses hələ bir ay əvvəldən başlanmışdı və eşitmişdim ki, PFL-in AFFA-dakı boş qalan otaqlarına Futbolun İnkişafı Fondunun (FİF) yerləşdirilməsi söhbəti var. Ya bəlkə mərc oyunlarını yönəldənlər də gəlib otura bilər o otaqlarda. 

PFL idman mediasının ən çox ünsiyyətdə olduğu qurumdu. 2008-ci il iyul ayının 2-də yaradılıb. Premyer Liqa, Azərbaycan kuboku, I, II və Əvəzedicilər liqası yarışlarının keçirilməsinə cavabdehdi. Əsasnamə əsasında fəaliyyət göstərir. İdman mediasının fəaliyyətini futbol liqaları ilə əlaqələndirir və həmçinin oyunlarda iştirakçılığını təmin edir.

PFL həmçinin il ərzində bütün liqalar üzrə oyunların statistik təsnifatını, müxtəlif göstəricilər üzrə illik və ya rüblük nəticələrin ümumiləşdirilmiş xülasəsini hazırlayır və cəmiyyətə təqdim edir. Sözün əsl mənasında peşəkar komandaya, texniki və universal işçi qüvvəsinə malik olan PFL, idman mediasının dayaq nöqtəsi və birləşdirici ortaq xətti olaraq illərdi, duruşunu və qamətini dəyişməz olaraq saxlayır.

Bozun yanında rəngini dəyişmədən dayanmaq çox zor idi.

Yeni yeriniz xeyirli-uğuru olsun.

Zülfiyyə Mustafayeva
Mia.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Avqust 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri