Icma.az
close
up
RU
Peşəkar mühasib sertifikatı imtahanına qeydiyyat başladı

Peşəkar mühasib sertifikatı imtahanına qeydiyyat başladı

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Peşəkar mühasib sertifikatı (PMS) imtahanının birinci mərhələsində iştirak etmək istəyən namizədlərin qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenicag.az-a bildirilib ki, imtahan noyabrın 22-də Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə elektron formada təşkil olunacaq. İmtahan saat 16:00-da başlayacaq. Bakı şəhərində 760, Naxçıvan şəhərində isə 160 yer ayrılıb. Ümumilikdə 920 namizədin imtahanda iştirakı nəzərdə tutulur.

Namizədlər oktyabrın 22-si saat 16:00-dan noyabrın 12-si saat 18:00-dək DİM-in elektron xidmətlər sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər. İmtahanda iştirak etmək istəyənlər sertifikat növünə uyğun istiqamətlərdən birini seçməlidirlər. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 10:00-da, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, eləcə də İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə PMS imtahanları isə saat 16:00-da başlayacaq.

İmtahanda iştirak haqqı Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə sertifikatlar üçün 100 manat, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə sertifikatları üçün isə 50 manatdır.

Müəyyən beynəlxalq peşəkar sertifikatlara malik namizədlər müvafiq qaydalara uyğun olaraq imtahanın birinci mərhələsindən azad edilə bilərlər. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə sertifikat almaq istəyən namizədlər üçün belə imkan ACCA-nın “Financial Reporting” imtahanını uğurla keçdiyini təsdiq edən sənəd və ya “DipIFR” sertifikatı, CIMA-nın F2 “Advanced Financial Reporting” sertifikatı, CPA sertifikatı, ACA/ICAEW sertifikatı və ya ICFM-in “Diploma in IFRS” sənədi olduqda nəzərdə tutulur. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə sertifikat almaq istəyən namizədlər isə CIPFA sertifikatına malik olduqları halda birinci mərhələdən azad edilə bilərlər.

İmtahanda iştirak üçün namizədlər iqtisadi sahədə orta ixtisas təhsili haqqında diplom və mühasibatlıq sahəsində azı beşillik iş stajını təsdiq edən sənədlərin surətlərini və ya ali təhsil haqqında diplomun surətini təqdim etməlidirlər. PMS imtahanında iştirak hüququ verən orta ixtisas ixtisaslarının siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Orta ixtisas təhsili üzrə müvafiq ixtisasları bitirən namizədlər mühasibatlıq sahəsində azı beşillik iş stajını təsdiq edən əmək kitabçasının surətini qeydiyyat zamanı elektron şəkildə təqdim etməlidirlər. Əmək kitabçasındakı məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bununla bağlı bildiriş göndəriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 22 Oktyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri