Peskov Paşinyanla Putinin söhbətindən DANIŞDI
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ölkədə Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı referendumun keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.
Hurriyyet.media xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, dəqiq vaxt göstərilməyib", - deyə Peskov bildirib.
Peskov söhbət zamanı belə bir referendumun tez bir zamanda keçirilməsinin zəruriliyinin vurğulandığını əlavə edib: "Bu, çox vacibdir".
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan baş nazirinin mətbuat xidməti telefon danışığı zamanı Paşinyanın Vladimir Putindən erməni mallarının idxalı ilə bağlı yaranmış problemlərin həllini xahiş etdiyini bildirib. O, həmçinin Rusiya prezidentinə Aİ məsələsi üzrə referendumun keçirilməsinin yalnız Ermənistanın üzvlük üçün Aİ-yə rəsmi müraciət ünvanlamasından sonra mümkün olacağını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 İyul 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















