Peskov Rusiya nümayəndə heyətinin Suriyanın yeni hakimiyyət orqanları ilə apardığı danışıqları şərh edib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Kreml Rusiya nümayəndə heyətinin Suriyanın yeni hakimiyyət orqanları ilə apardığı danışıqları şərh edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin Suriyaya səfərini vacib adlandırıb.
“Bu, vacib səfərdir. Bu mühüm təmasdır. Suriya hakimiyyəti ilə daimi dialoq qurmaq və təmas saxlamaq lazımdır, hansı ki, biz bunu edirik və bundan sonra da edəcəyik", deyə Putinin mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev Dəməşqə səfər edib və Suriyanın yeni rəhbərliyi ilə görüş keçirib.

Suriyanın yeni hakimiyyət orqanları Berbokun şəklini retuş edib
05 Yanvar 2025 19:41
Suriyanın yeni hakimiyyət orqanları Rusiya hərbi bazalarının taleyini nəzərdən keçirəcək
11 Dekabr 2024 12:30
ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə müzakirələr aparıb
20 Dekabr 2024 19:22
ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlara başlayıb
15 Dekabr 2024 18:06
Suriyanın yeni hakimiyyət orqanları qaçqınları ölkəyə çağırır
12 Dekabr 2024 00:59

