Icma.az
close
up
RU
AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

Icma.az bildirir, Bizim media portalına istinadən.

18 dekabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə AKTA-nın Ümumi Yığıncağının üzvləri və ekspertləri ilə yanaşı, tərəfdaş qurum və təşkilatlarının, o cümlədən ali təhsil müəssisələri və özəl sektor təmsilçilərinin rəhbər və nümayəndələri iştirak ediblər.
 

Tədbiri giriş sözü ilə açan AKTA İdarə Heyətinin sədri Pənah Musayev iştirakçıları salamlayaraq, 2025-ci il ərzində Assosiasiya tərəfindən həyata keçirilən fəaliyyətin yekunlarına dair ətraflı hesabat təqdim edib.
 

O bildirib ki, hesabat dövründə AKTA-ya üzvlük üçün daxil olmuş 80 müraciətə baxılıb, onlardan 8 hüquqi və 27 fiziki şəxs olmaqla ümumilikdə 34 yeni üzv Assosiasiyanın üzvlüyünə qəbul edilib. Bununla da AKTA üzvlərinin ümumi sayı 168 nəfərə çatıb.


Sədr qeyd edib ki, 2025-ci il ərzində AKTA tərəfindən forum, konfrans, seminar, vebinar, yarış və təlimlər daxil olmaqla ümumilikdə 79 müxtəlif tədbir təşkil edilib və bu tədbirlərə 8000-dən artıq iştirakçı cəlb olunub. Bu göstəricilərin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artdığı xüsusi vurğulanıb.
Kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Pənah Musayev vurğulayıb ki,  60-dan çox yerli və xarici qurum, təşkilat və şirkətlə görüşlər keçirilib və müzakirələr aparılıb. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə AKTA nümayəndə heyətinin Türkiyə, Qazaxıstan, Moldova, Estoniya və Fransaya işgüzar səfərlərinin təşkil edildiyi bildirilib.
 

Daha sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edərək, ölkədə formalaşan kibertəhlükəsizlik ekosistemi, bu ekosistemdə dövlət–özəl sektor əməkdaşlığının rolu, AKTA-nın müvafiq sahədə gördüyü işlər və ekosistemin inkişafına verdiyi töhfələr barədə danışıb. O, həmçinin qlobal miqyasda artan kiber təhdidlər, informasiya infrastrukturunun qorunmasının əhəmiyyəti və bu təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini vurğulayıb.


Assosiasiyanın maarifləndirmə, ekspert və əməkdaşlıq fəaliyyətlərinin ekosistemin inkişafına verdiyi töhfələri qeyd edib. Həmçinin rəqəmsallaşmanın sürətlənməsi fonunda kiber təhdidlərin artdığını bildirərək, qanunvericilik təşəbbüsləri və institusional əməkdaşlıq vasitəsilə bu təhdidlərə qarşı kompleks yanaşmanın vacibliyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov qeyd etdi ki, AKTA ilə əməkdaşlıq edən ilk təhsil müəssisəsi təmsil etdiyi akademiyadir.
Daha sonra Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxş edib, kibertəhlükəsizlik sahəsində kadr potensialının inkişafı barədə danışıblar.
 

Rəsmi hissənin sonunda AKTA-nın icraçı direktoru Rauf Cabarov AKTA-nın 2025-ci ildə həyata keçirdiyi layihələr barədə danışıb. İcraçı direktor AKTA tərəfindən tədqiqat və inkişaf sahəsində görülən işlərə toxunaraq, hesabat dövründə AKTA tərəfindən beş müxtəlif layihənin uğurla icra edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Assosiasiyanın 2026-cı il üzrə Tədbirlər Planının layihəsini təqdim edib.


O bildirib ki, növbəti il ərzində AKTA-nın əsas fəaliyyət istiqamətləri üzrə mütəmadi tədbirlərlə yanaşı, bir sıra yeni və xüsusi formatlı təşəbbüslərin və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirin yekununda Ümumi Yığıncağın üzvləri, eləcə də tərəfdaş qurum və təşkilatların nümayəndələri çıxış edərək AKTA-nın 2025-ci il üzrə fəaliyyətini yüksək qiymətləndiriblər. Eyni zamanda, 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərə dair müxtəlif rəy və təkliflər səsləndirilib, yeni təşəbbüslər irəli sürülüb.
Tədbirdə 2025-ci il üzrə fəaliyyət hesabatı iştirakçıların diqqətinə çatdırılıb.








Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri