Peskov: Rusiyanın ərazisini keçmiş SSRİ nin Avropa hissəsinə genişləndirmək istəməsi ilə bağlı xəbər yalandır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın öz ərazisini keçmiş SSRİ-nin Avropa hissəsinə genişləndirmək istəməsi ilə bağlı “Reuters” agentliyinin xəbəri tamamilə yalandır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, “Reuters”in ABŞ kəşfiyyatının iddia edilən hesabatlarına istinadən yaydığı məlumata görə, Rusiya öz ərazisini keçmiş SSRİ-nin Avropa hissəsinə genişləndirmək istəyir və bura, o cümlədən, Baltikyanı ölkələr və bütün Ukrayna ərazisi də aiddir.
Kreml rəsmisi qeyd edib ki, bu cür hesabatlar haqqında məlumatların nə dərəcədə etibarlı olduğu bəlli deyil.
"Həqiqətən də bu məsələ ilə bağlı bəzi dağınıq hesabatlar gördük. Hətta bu doğru olsa belə, kəşfiyyat orqanlarının səhv mühakimələr, tədqiqatlar və nəticələr çıxarmasıdır. Bu, tamamilə həqiqətə uyğun deyil", - Putinin sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 22 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















