Peskov: “Sülh danışıqları uzandıqca Kiyevə qarşı tələblər sərtləşəcək“
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Sülh danışıqları prosesi ləngidikcə, rəsmi Kiyevin vəziyyəti ağırlaşacaq və onlara qarşı irəli sürülən tələblər daha da sərtləşəcək".
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Şübhəsiz ki, bunu gözləmək həm mümkündür, həm də lazımdır. Yaddan çıxarmayın, biz çoxdan xəbərdarlıq edirdik ki, keçən hər gün Kiyevin mövqeyini daha da zəiflədir", - deyə jurnalistlərə müsahibəsində Peskov vurğulayıb.
Rusiya rəsmisindən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerin səfəri zamanı təklif etdikləri sülh şərtlərinin sərtləşdirilməsi barədə Ukrayna Ali Radasının bəyanatına münasibət bildirməsi xahiş olunub. Eyni zamanda, Peskovdan Kremlin Ukrayna tərəfinin bu cür qiymətləndirmələri ilə razılaşıb-razılaşmadığı soruşulub.
"Biz ABŞ-li vasitəçilərin səyləri ilə bağlı olan bütün məsələləri şərh etmək istəməzdik. Bu cür proseslər sakitlik şəraitində həyata keçirilməlidir", - deyə Peskov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 08 Sentyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















