Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp dünən məşğul olub və Rusiya Prezidenti Vladimir Putinə zəng etməyib, lakin Rusiya prezidenti həmişə danışmaqdan məmnundur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin və Tramp arasında konstruktiv dialoq qurulub.
Peskov Kremlin Trampın Kiyevin Rusiya Federasiyasına endirdiyi zərbələrlə bağlı açıqlamalarında eskalasiya deyil, yanılma gördüyünü deyib.
Qeyd edib ki, Trampın Ukrayna hava məkanının bağlanması ilə bağlı açıqlaması yenidir, bu mövzunu əvvəllər heç kim müzakirə etməyib: "ABŞ Kiyevə fəal şəkildə silah tədarük etməyə davam edir, Rusiya bundan yaxşı xəbərdardır və çəhrayı eynək taxmır. Rusiya Kiyevə silah tədarük etməyə davam edən və eyni zamanda, sülh prosesini asanlaşdırmaq üçün səylərini davam etdirən ABŞ-ın mövqeyində müəyyən bir ikililik görür".
Bununla belə, Kremlin sözçüsü Rusiyanın ABŞ-ın Ukraynadakı sülh prosesini asanlaşdırmaq istəyini səmimi hesab etdiyini və bunu alqışladığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 09 İyul 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















