Icma.az
close
up
RU
Tramp Putinə zəng etdiyini təsdiqlədi, Peskov “mənim xəbərim olmaya bilər” dedi

Tramp Putinə zəng etdiyini təsdiqlədi, Peskov “mənim xəbərim olmaya bilər” dedi

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibənin başa çatdırılması ilə bağlı danışıqlar irəliləyir. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.  

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, Amerika prezidenti Rusiya lideri Putinlə dialoqun detalları barədə danışmaqdan imtina etsə də, onunla söhbət etdiyini bir daha təsdiqləyib.  

Nəşr qeyd edib ki, fevralın 9-da Tramp Putinlə danışdığını təsdiqləyib. Bu, 2022-ci ilin əvvəllərindən bəri Putinlə ABŞ prezidenti arasında rəsmi olaraq etiraf edilən ilk danışıqdır.  

"Mən onunla danışdım. Gəlin elə bunun üstündə dayanaq ki, danışmışam... Və mən hələ xeyli başqa danışıqlar gözləyirəm. Biz bu müharibəni bitirməliyik", – deyə Tramp bildirib.  

Tramp qeyd edib ki, söhbətlərin detalları barədə danışmaq istəmir, əvəzinə konkret addımlara üstünlük verir. O, irəliləyiş əldə olunacağına və "bu müharibəni dayandırmağa" nail olunacağına inandığını bildirib.  

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton həm Kreml, həm də Ukrayna hakimiyyəti ilə əlaqə saxlayır.  

The New York Post nəşri yazıb ki, fevralın 7-də Tramp bu nəşrin müxbirinə artıq Putinlə telefon danışığı apardığını bildirib. Həmin vaxt ABŞ-ın nüfuzlu media orqanlarının heç biri bu barədə məlumat verməmişdi, baxmayaraq ki, adətən belə danışıqlar barədə ilk onlar xəbər verirlər.  

Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskov bu məlumatı şərh edərkən Trampın zəngi barədə heç nə bilmədiyini deyib. Lakin o, belə əlaqələrdən "hər zaman xəbərdar olmaya biləcəyini" də etiraf edib.


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri