Peşman deyiləm, lakin... Beşiktaş ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mövsümün sonunda vəziyyət necə olursa olsun, karyeramı bu forma ilə başa vuracağam. Peşman deyiləm, ürəyim ağrıyır, amma bu da keçəcək".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Beşiktaş"da heyətdən kənarlaşdırılan təcrübəli oyunçu Nəcib Uysal deyib.
22 il bu komandada forma geyinən və bu yaxınlarda heyətdən qovulan 34 yaşlı futbolçu bildirib ki, "Beşiktaş"ı hər şeydən çox sevir: "Həyatımın 22 ilini ağ-qara formada keçirdim. Ümidlərim, xəyallarım, sevinclərim və kədərlərim hamısı bu rənglərlə bir-birinə qarışıb. Dürüstlükdən və vicdandan yayınmadan inandığım prinsiplərə uyğun yaşamağa çalışdım. Həyat mənə şanlı "Beşiktaş" komandasının kapitanı olmaq şərəfini verdi. Bu qüruru ömrümün sonuna qədər daşıyacağam".
Uysalın sözlərinə görə, heyətdən uizaqlaçdırılandan sonra heç kimonunla əlaqə saxlamayıb: "İnsanlar danışır. İnsanlar bir şey deyirlər. Amma vacib olan nə baş verdiyidir. Bilin ki, mənimlə söhbətdə "heyətdən knarlaşdırıldın" məlumatndan başqa əlaqə olmayıb. Mövsümün sonunda şəxsi planlarımı qurmaq və futbol karyeramı bu formada bitirmək üçün anlayış göstərmələrini istədim, amma mənfi cavab aldım. "Beşiktaş"dan heç vaxt heç bir tələb irəli sürmədim, amma bəzi sosial media hesablarında iddia edildiyi kimi, mənə heç bir seçim imkanı da yaradılmadı"
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 31 Dekabr 2025 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















