Icma.az
close
up
RU
Azərbaycana gəldiyim üçün peşman deyiləm

Azərbaycana gəldiyim üçün peşman deyiləm

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycana gəldiyim üçün peşman deyiləm”

“Sumqayıt”ın dominikanlı yarımmüdafiəçisi Ronaldo Vaskes AZƏRTAC-ın suallarını cavablandırıb.

AzPost müsahibəni təqdim edir:

– Əvvəlcə “Sumqayıt”a keçidiniz barədə fikirlərinizi bilmək maraqlı olar. Necə oldu ki, bu komandaya transferiniz baş tutdu?

– Agentim mənə Azərbaycandan təklif olduğunu söylədi. Əvvəlcə ailəmlə məsləhətləşdim. Qısa araşdırmadan sonra ölkəniz və çempionatla tanış oldum. Sonra isə menecerimə təklifi qəbul etmək istədiyimi bildirdim. Beləcə, transfer reallaşdı.

– Azərbaycana gələnədək ölkəmiz haqqında nə bilirdiniz?

– Təbii ki, Azərbaycan haqqında müəyyən məlumatım var idi. Daha çox ölkənizin gözəl mənzərəli yerləri haqqında eşitmişdim.

– Artıq 2 həftəyə yaxındır Azərbaycandasınız. Ölkəmiz və futbolçumuz haqqında təəssüratlarınız necədir?

– Azərbaycana gəldiyim üçün peşman deyiləm. Burada inkişaf etmiş ölkə və Sumqayıt kimi gözəl şəhər gördüm. Ölkə futbolu haqqında da fikirlərim müsbətdir.

– Bəs yeni klubunuz “Sumqayıt” haqqında nə deyə bilərsiniz?

– “Sumqayıt” istedadlı və keyfiyyətli oyunçulardan təşkil olunmuş Mehriban kollektivdir. Komandamız daim inkişaf etməyə can atır və bunu hər oyunda göstərir.

– “Sumqayıt”ın heyətində artıq 2 oyunda meydana çıxmısınız. Tam hazır olmaq üçün sizə nə qədər vaxt lazımdır?

– Ümid edirəm ki, bunun üçün çox vaxt lazım olmayacaq. Yeni komandama və oyun üslubuna tam uyğunlaşmalıyam. Komanda yoldaşlarım da mənə bu işdə ən yaxşı şəkildə kömək edirlər.

– Dünyada sizinlə eyni adı daşıyan 2 məşhur futbolçu var. Biri karyerasını başa vurmuş braziliyalı Ronaldo, digəri isə portuqaliyalı Kriştianu Ronaldu. Ulduz futbolçularla eyni adı daşımaq necə hissdir?

– Bunun müsbət və mənfi tərəfləri var. Çünki Ronaldo kimi futbolçu ilə eyni adı daşımaq asan deyil. Amma çalışacağam ki, öz oyunumla azarkeşləri sevindirim.

– Dominikanlı Ronaldonu “Sumqayıt”da necə qarşıladılar?

– Çox yaxşı. Bəyəndiyim bir şəhərdəyəm və ümid edirəm ki, özümü ən yaxşı şəkildə göstərə bilmək üçün komandaya tez uyğunlaşacağam. Azərbaycan mənə görə soyuq ölkədir. Odur ki, buranın mədəniyyəti ilə yanaşı, havasına da adaptasiya olmalıyam. Amma bu yeni çağırış məni çox həyəcanlandırır.

– Premyer Liqanın son turunda səfərdə “Şamaxı”ya minimal hesabla uduzdunuz. Ümumiyyətlə, son 7 oyunda “Sumqayıt” nə qələbə qazana, nə də qol vura bilir. Sizcə, komandanızın yaxşı nəticələr əldə etməsinə nə mane olur?

– Futbolda belə hallar tez-tez baş verir. Hətta böyük klublar belə, analoji vəziyyətə düşə bilirlər. Odur ki, təslim olmaq lazım deyil. Əksinə, hazırkı durumdan çıxmaq üçün daha çox çalışmalıyıq. İnanıram ki, tezliklə müsbət nəticələr qazanacağıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Fevral 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri