Peter Mixalko: Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq daha da güclənməkdədir
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"2025-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq daha da güclənməkdədir".
Oxu.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı etdiyi paylaşımda qeyd edib.
"Hərtərəfli tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə aparılan danışıqlar, enerji təhlükəsizliyi, nəqliyyat və rəqəmsal əlaqəlilik sahələrində genişlənən əməkdaşlıq münasibətlərimizin dərinləşməsinə töhfə verir. Biz eyni zamanda Azərbaycanın yaşıl keçid və bərpa olunan enerji sahəsindəki təşəbbüslərini dəstəkləyirik. Ortaq dəyərlər və qarşılıqlı hörmətə əsaslanan bu tərəfdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqına sülh, rifah və dayanıqlı inkişaf arzulayırıq!", - Mixalko qeyd edib.
Baxış sayı:164
Bu xəbər 28 May 2025 02:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















