Zəfərdən gələcəyə: Azərbaycan gəncliyinin yeni tarixi məsuliyyəti
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı,6 noyabr, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın milli iradəsinin, birliyinin və dövlətçilik əzminin təntənəsidir. Bu Qələbə yalnız keçmişimizin şanlı səhifəsi deyil, həm də gələcəyimiz qarşısında yeni vəzifələr müəyyənləşdirən mühüm tarixi hadisədir. Bu gün həmin vəzifələrin həyata keçirilməsində Azərbaycan gəncliyinin üzərinə xüsusi məsuliyyət düşür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Ələkbər Həsənov bildirib. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və yüksək intellektual potensiala malik şəxsiyyətlər kimi formalaşmasında mühüm rol oynayıb. Bu siyasi xətt bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər də ölkəmizin gələcək inkişaf prioritetlərini və milli maraqların qorunmasının əhəmiyyətini dərk etmək baxımından xüsusi önəm daşıyır.
Tarixi Zəfərdən sonra Azərbaycan qarşısında yeni hədəflər dayanır. Elmi tərəqqi, innovasiyaların inkişafı, rəqəmsal transformasiya və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bu hədəflərin əsas istiqamətlərindəndir. Bu prosesdə gənclər yalnız gələcəyin qurucuları deyil, həm də bu günün fəal iştirakçılarıdır. Müasir biliklərə yiyələnmək, xarici dilləri öyrənmək və peşəkar bacarıqları inkişaf etdirmək hər bir gəncin ölkəmizin intellektual potensialına verə biləcəyi mühüm töhfədir.
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycan gəncliyinin qarşısında yeni məsuliyyətlər müəyyənləşdirib. Müasir vətənpərvərlik yalnız Qələbəmizlə fəxr etmək deyil, həm də dövlətimizin inkişafına töhfə vermək, informasiya müharibəsində milli maraqlarımızı müdafiə etmək və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bunun üçün gənclərimiz bilikli, prinsipial, təşəbbüskar və informasiya savadlılığına malik olmalıdırlar.
Gənclər siyasətinin səmərəliliyi yalnız keçirilən tədbirlərin sayı ilə deyil, onların yaratdığı real nəticələrlə ölçülməlidir. Gənclərin təşəbbüslərinin dəstəklənməsi, ictimai layihələrdə iştirakının genişləndirilməsi və liderlik keyfiyyətlərinin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, milli kimliyin qorunması, ana dilinə, tarixə və mənəvi dəyərlərə bağlılıq müasir Azərbaycan gəncinin əsas xüsusiyyətləri olmalıdır.
Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideyalarına sadiq qalmaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qarşısında duran inkişaf hədəflərinin reallaşdırılmasına töhfə vermək gəncliyimizin mühüm vəzifəsidir. Zəfərin əbədiləşdirilməsi bu tarixi nailiyyəti elmi, iqtisadi, texnoloji və ictimai tərəqqiyə çevirməkdən keçir. Azərbaycan gəncliyinin yeni tarixi məsuliyyəti keçmişin qəhrəmanlığını dərk etmək, bu günün imkanlarından səmərəli istifadə etmək və gələcəyin uğurları naminə çalışmaqdır. Çünki güclü Azərbaycanın gələcəyi bilikli, vətənpərvər və məsuliyyətli gənclərin əməyi ilə formalaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 06 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















