Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Peterburq üzərindən Bakıya mesaj: Kreml informasiya savaşı açdı

Peterburq üzərindən Bakıya mesaj: Kreml informasiya savaşı açdı

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Kremlçi “Dva Mayora” Teleqram kanalında yayımlanan və “Nevadakı Bakı” imzası ilə tirajlanan material Sankt-Peterburqdakı Azərbaycan diasporunu hədəfə alan növbəti qarayaxma kampaniyasıdır.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsinin ildönümü ərəfəsində belə iddiaların ortaya atılması təsadüfi deyil. Məqsəd açıq şəkildə görünür: diaspor fəaliyyətini gözdən salmaq, anım tədbirlərini təxribat kimi təqdim etmək və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq.

Məqalədə iddia olunur ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və Peterburqdakı diaspora bu şənbə günü “öz nüfuzlarını nümayiş etdirmək” məqsədilə aksiya hazırlayır, tədbirdə diplomatların və kursantların iştirakı gözlənilir. Guya Rusiya ilə münasibətlərdə gərginlik fonunda bu aksiyanın xarakteri “təxribat”dır. Halbuki, gerçəkdə söhbət yalnız şəhidlərin xatirəsinə ehtiram məqsədi daşıyan anım mərasimindən gedir.

Daha sonra yazıda bir sıra əsassız və təhqiramiz ittihamlar sıralanır:

* Diaspor rəhbərlərinin ucuz torpaq və müqavilələr əldə edib satması,

* Tikinti və kommunal sektorda azərbaycanlı şirkətlərin üstün mövqedə olması,

* “Kriminal işlərdə” adların hallanması,

* Bazarların guya narkotik və kontrafakt mərkəzinə çevrilməsi,

* Azərbaycan əsilli gənclərin “bandalara” qoşulması və polisə rüşvət verməsi,

* Kommunal texnikanın yararsızlığı,

* Diasporun şəhər administrasiyası ilə “öz adamları” vasitəsilə əlaqələr qurması.

Bütün bunlar klassik Kremlin təbliğat üslubudur: sübut olunmamış, heç bir hüquqi sənədlə təsdiqlənməmiş ittihamları “fakt” kimi təqdim etmək və azərbaycanlıları kriminal obrazda göstərmək. Məqsəd isə sadədir — Peterburqdakı diasporumuzu hədəf alaraq, Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirmək və Qələbə günü tədbirlərinin mahiyyətini təhrif etmək.

“Dva Mayora”nın mətnində hətta belə bir nəticə çıxarılır: guya Azərbaycan strukturları şəhərin iqtisadiyyatı üzərində nəzarəti gizlətmir, “paralel idarəçilik modeli” qurublar və bu, “milli təhlükəsizlik maraqlarına ziddir”. Bu cür ittihamlar yalnız panika yaratmaq və azərbaycanlıları hədəfə çevirmək məqsədi daşıyır.

Azərbaycan diasporunun fəaliyyəti hər zaman açıq, qanuni və rəsmi çərçivədə olub. Onların əsas hədəfi mədəniyyətimizin təbliği, milli maraqlarımızın müdafiəsi və tariximizin doğru şəkildə çatdırılmasıdır. Kremlin yaydığı bu tip materiallar isə yalnız bir şeyi sübut edir: Azərbaycanın diaspor gücü və Qarabağdakı tarixi Qələbəsi onları çox narahat edir...

Azərbaycan xalqı və diaspor təşkilatları bu qarayaxma kampaniyalarına boyun əyməyəcək. İstər Moskvada, istər Peterburqda, istərsə də dünyanın digər şəhərlərində — soydaşlarımız milli kimliyimizi və Qələbə sevincimizi yaşatmaqda davam edəcəklər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Sentyabr 2025 06:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri