Icma.az
close
up
RU
Petre Mamradze: Bəzi qara qüvvələr Gürcüstanda qanunla seçilmiş parlamentə və hökumətə qarşı iyrənc kampaniya keçirirlər AZƏRTAC

Petre Mamradze: Bəzi qara qüvvələr Gürcüstanda qanunla seçilmiş parlamentə və hökumətə qarşı iyrənc kampaniya keçirirlər AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi, 1 dekabr, AZƏRTAC

Xeyli vaxtdır ki, bəzi qara qüvvələr Gürcüstanda qanunla seçilmiş parlamentə və hökumətə qarşı iyrənc kampaniya keçirirlər. Bu kampaniya bəzi Qərb dövlətlərinin dəstəyi və təkidi ilə bir zamanlar Mixeil Saakaşvili tərəfindən yaradılmış partiyanın üzvləri tərəfindən həyata keçirilir. O şəxslər ki, Saakaşvilinin partiyasından çıxıb, başqa partiyalara soxularaq pozuculuqla məşğuldurlar. Biz görürük ki, bunlar əslində birbaşa “Makkeyn İnstitutu”nun planlarını həyata keçirirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Petre Mamradze söyləyib.

Onun sözlərinə görə, bu adamlar seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Əslində onlar bu əməlləri ilə tabeliyində olduqları beynəlxalq qurumların, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı yekun rəyini də şübhə altına alırlar. ATƏT müşahidəçiləri seçkilərin qanun çərçivəsində, şəffaf, azad və demokratik keçirildiyini bəyan edib və yekun sənəd imzalayıb. Ona görə də bu qrupların və onları himayədarı olan Avropa Parlamentinin ATƏT və Strasburq Məhkəməsinin qərarlarına şübhə ilə yanaşması çox gülməlidir. Bütün bunlar, eyni zamanda, “Xarici təsirin şəffaflığı haqqında” və ailə dəyərlərinə zidd olan LGBT-nin təbliğinə qarşı qanunları geri çəkməyən indiki hakimiyyəti devirmək cəhdindən başqa bir şey deyildir. Aydın olur ki, Avropa İttifaqının məqsəd və məramı məhz Gürcüstana təzyiq göstərmək, dövləti özlərinə tabe etməkdir.

Politoloq deyir ki, iki gündür davam edən aksiyalar zamanı bəzi qüvvələr asayiş keşikçilərinə qarşı pirotexniki vasitələr, “molotov kokteyli” adlanan partlayıcı maddələr atır, paytaxtın mərkəzi Rustaveli prospektində lövhələri, oturacaqları yandırır, şəhər infrastrukturuna böyük ziyan vurur, ortalığı qarışdırırlar. Bu, sadə vətəndaşları şoka salır. Bütün bunlar həm milli dəyərlərə, həm də Avropa dəyərlərinə ziddir.

P.Mamradze deyir: “Bu cür vəhşiliklərə obyektiv qiymət əvəzinə biz nələrin şahidi oluruq, nələri görürük, nələr eşidirik? Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyanat yayıb ki, guya, Gürcüstan polisi dinc nümayişçilərə qarşı güc, zor tətbiq edib. Mən bütün gecəni aksiyanı izləmişəm. Polisə qarşı daş, dəmir əşyalar atılıb, polis nəfərləri yaralanıb. Sual olunur: aksiya iştirakçıları o partlayıcıları haradan, hansı pulla alıblar? Orada bir neçə yüz adam var idi, çox deyildilər. Onları kim maliyyələşdirir?”.

Politoloq hesab edir ki, bəzi qüvvələrin 2014-cü ildə Ukraynada həyata keçirdikləri “maydan” hərəkatı Gürcüstanda baş tutmadı. Ukrayna xalqı bu gün də həmin hadisələrin ağrı-acısını yaşayır. Gürcüstan polisi öz vəzifəsini layiqincə yerinə yetirir. Baş nazir də bu gün çox gözəl çıxış etdi və baş verənlərə görə kimlərin məsuliyyət daşıdığını açıqladı. Buna baxmayaraq onlar yenə də, hansısa yollarla maksimum səy göstərərək, xalqın fikirlərinə önəm verən və xalqın gələcəyi üçün onların dəstəklədiyi qanunları qəbul edən hökuməti devirib, özlərinə qul olan başqa bir qüvvələri hakimiyyətə gətirməyə çalışırlar. Onların dəstəklədiyi hakimiyyət də Qərbin qulu olacaq və onların dediklərini edəcək.

“Hökumət açıq-aydın bəyan etdi ki, Avropa İttifaqı tərəfindən Gürcüstana qarşı hörmətlə yanaşma olmayana qədər biz danışıqları dayandırırıq. Əgər onlar öz siyasətlərini dəyişib bizə qarşı hörmət göstərərlərsə, biz danışıqlara başlamağa hazırıq. Gürcüstan hökuməti bəyan etdi ki, dövlət büdcəsi üçün nəzərdə tutulan qrantlardan imtina edir. Bununla da əslində Avropa İttifaqının bəzi üzvlərinin şantaj, hədə-qorxu dolu çıxışları dayandı. Deməli hökumətimiz düz yoldadır”, – deyə Mamradze vurğulayıb.

Müxalifətin və Qərb dövlətlərinin sabiq prezident M.Saakaşvilinin azad olunması tələbinə münasibət bildirən Mamradze deyib: “M.Saakaşvili konkret cinayət törətdiyi üçün həbs olunub, o cinayətkardır. Saakaşvili Gürcüstana böyük ziyan vurub, on mindən çox biznesmen hər şeyini itirib. Onu azad etmək olmaz”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri