Icma.az
close
up
RU
Petrosyan Paşinyanın siyahısında birincilər sırasındadır

Petrosyan Paşinyanın siyahısında birincilər sırasındadır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Qarşıdakı seçkilər ermənilər üçün 35-40 illik kütləvi şizofreniya və millətçilik dövrünün sonu və normal Ermənistan (adekvat Ermənistan) dövrünün başlanğıcı olacaq. 35-40 illik millətçilik dövrü həm də levon ter-petrosyanların, robert köçəryanların, serj sərkisyanların, 2-ci qareginlərin siyasi səhnədən tamamilə silinməsi, tarixin zibilliyinə atılması ilə qapanacaq, bitəcək. Bunu Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın son açıqlamalarından da görmək mümkündür. Belə ki, görünən budur ki, Paşinyanın seçkiöncəsi açıqlamaları həm də az öncə adlarını qeyd etdiyimiz müharibə canilərinin bitirilməsinə, "canlı meyit"lərə çevrilməsinə hesablanıb.
Paşinyanın öz sələfləri - Ermənistanın keçmiş prezidentləri haqqında açıqlamaları öldürücü təsirə, dərin ifşa gücünə malikdir. Xatırlayırsınızsa, bir müddət öncə Ermənistan Baş naziri qarşıdan gələn parlament seçkilərində əsas rəqiblərindən biri - sabiq prezident Robert Köçəryanla bağlı olduqca sərt açıqlama vermiş və özünün sosial media hesabından Köçəryana müraciət edərək ona eşşək kimi anqırmağı təklif etmişdi: "Robert Köçəryan bəyan etdi ki, "əgər hər hansı bir siyasətçi eşşək kimi anqırırsa, düşünürəm ki, bu, milyonlarla baxış qazanar". Mən cənab Köçəryanın özünün eşşək kimi anqırmasını təklif edirəm - amma həvəslə". Təbii ki, Köçəryan Paşinyanın bu cür öldürücü sarkazmına tutarlı cavab verə bilmədi.
Buyurun, baş nazir ötən gün jurnalistlərlə söhbətində sabiq prezident Levon Ter-Petrosyan haqqında da danışıb və onun əsl daşnak olduğunu bildirib: “Levon Ter-Petrosyan təmizqanlı daşnakdır. Üstəlik, ən uğursuz və ən nəticəsiz daşnakdır”. Bəli, bəli, bunu biz demirik, Ermənistanın hazırkı birinci şəxsi deyir. Və bu, ən yüksək səviyyədə etirafdır. Azərbaycanın rəsmi şəxslərindən və ya siyasi şərhçilərindən kimsə durub eyni sözü desəydi, şübhəsiz ki, bəzi ermənilər (xüsusən də sosial mediada Azərbaycanın əleyhinə fəal təbliğat aparan erməni revanşistləri) həmişə olduğu kimi bu həqiqəti də "əsassız uydurma" kimi qiymətləndirməyə cəhd göstərəcəkdilər. Lakin bu gerçəyi bu gün Ermənistanın baş naziri şəxsən özü səsləndirdiyinə görə, sanki "qurbağa gölünə daş atılıb".
Yəni ki, Ermənistanın revanşist dairələri belə bir danılmaz həqiqətin qarşısında susmaq məcburiyyətində qalıblar. Və maraqlıdır ki, hələlik Levon Ter-Petrosyan da susur. Bəlkə də o, Paşinyana qarşı təsirli əks-zərbəyə hazırlaşmaq məqsədilə susur. Yadaki prosesləri müşahidə etmək, pusquda dayanmaq mövqeyinə keçib. Lakin görünən budur ki, Paşinyanın da dayanmaq fikri yoxdur. O, siyasi mühiti daşnaklardan, radikal millətçilərdən və revanşist kilsə tərəfdarlarından təmizləmək üçün qollarını çırmalayıb. Belə ki, Paşinyan qeyd edib ki, bu seçkilər erməni xalqı üçün “sabiqləri siyasi meydandan kənarlaşdırmaq” baxımından müstəsna bir fürsətdir. Sabiq prezident Levon Ter-Petrosyan isə şübhəsiz ki, Paşinyanın siyahısında birincilər sırasındadır. Erməni xalqının qarşıdakı parlament seçkilərində Paşinyanın kursuna səs verməsi "müharibə bayquşları"nın sonunu gətirəcək.
Proseslər bütövlükdə məntiqi sonluğa doğru yaxınlaşır. Bu gün bir erməni siyasi liderin digər siyasi liderə "daşnak" deməsi sıradan bir hadisə deyil. Bu, əsl inqilabi hadisədir. Başqa sözlə desək, bu gün gözlərimizin önündə Ermənistanın siyasi mühitində həqiqətən də dərin inqilabi dəyişiklik, köklü transformasya baş verir, Ermənistanın siyasi liderlərindən birinin üzünə çox rahatlıqla "sən daşnaksan" deyilir. Çox yox, cəmi 6 il bundan öncə bu, həqiqətən də ağılasığacaq bir məsələ deyildi. Əvvəllər bunu təsəvvürə belə gətirmək mümkün deyildi. Deməli, Dəmir Yumruğumuz, Zəfərmiz həqiqətən də öz işini görür. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətən də regionun siyasi simasını kökündən dəyişir, yeni reallıqlar yaradır, yeni konfiqurasiyanın formalaşmasına zəmin yaradır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Aprel 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri