Icma.az
close
up
RU
Peyvənddən yayınmaq uşaqlar üçün ciddi təhlükədir

Peyvənddən yayınmaq uşaqlar üçün ciddi təhlükədir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İctimai və dövlət maraqlarının müdafiəsi

Minlərlə uşaq vaksinasiya prosesinə cəlb olunacaq, yeni plan açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin 19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək. Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

“İmmunlaşdırma Həftəsi” zamanı bir sıra rayonlarda silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.

Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında bildirdi ki, Ümumdünya İmmunlaşdırma Həftəsi ictimaiyyətin diqqətini yoluxucu xəstəliklərdən qorunmaq üçün əsas profilaktik tədbirlərdən olan immunizasiyaya cəlb etmək məqsədi daşıyır: 

- Xəstəliklərdən, viruslardan maksimum qorunmağın əsas yolu peyvəndləmədir. Təəssüf ki, bəzən valideynlər peyvənddən yan keçir, uşaqların peyvənddən sonra halının pisləşdiyini, qızdırması qalxdığını əsas gətirərək peyvəndlərdən yayınırlar. Bu, qətiyyən yolverilməzdir. Hər bir ana bilməli və anlamalıdır ki, körpə dünyaya gəlirsə, xüsusi peyvəndləmə siyahısı, cədvəli var və hər bir valideyn övladının sağlamlığını, sağlam böyüməsi üçün mütləq bütün zəruri peyvəndlərin uşağa vurulmasını təmin etməlidir. 

Ş.Məmmədov bildirdi ki, peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və ölümdən xilas edən əsas sağlamlıq tədbirlərindən biridir: 

- İmmunizasiya hər il 2-3 milyon insanı difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən qoruyur. Dövlətimiz, səhiyyə orqanlarımız hər il peyvəndləmə kampaniyalarını ölkə boyu təşkil edir. Dövlət gələcək nəslin qayğısına qalır bununla. Valideynlər də imtina etməməlidirlər. Hər bir uşağın hələ də dünyada ciddi fəsadlar yaradan ağır xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var. Məhz bu səbəbdən də immunlaşdırmanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən Avropa regionu ölkələrində keçirilən “İmmunlaşdırma həftəsi” tədbirləri 2007-ci ildən etibarən ölkəmizdə də yüksək səviyyədə təşkil olunur. İmmunlaşdırma Həftəsi Avropa regionunun bütün ölkələrini immunlaşdırma həftəsinin keçirilmə təşəbbüsünə qoşulmağa, gələcək nəslin sağlamlığını təmin etmək üçün immunlaşdırmanın vacibliyi və immunlaşdırma xidmətinin əlçatan olması barədə əhalinin məlumatlandırılmasını yüksəltməyə kömək edir. Hər il olduğu kimi bu il də aprel ayının son həftəsi respublika ərazisində “İmmunlaşdırma həftəsi” keçiriləcək. “İmmunlaşdırma həftəsi” ərəfəsində respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu sahədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur. “İmmunlaşdırma həftəsi”nə hazırlıq işlərinə start verilib artıq. Respublikanın tibbi idarə və müəssisələrinə immunlaşdırmaya dair buklet və təlimatlar paylanılır, şəhər və rayonlarda tibb işçiləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Ölkəmizdə immunlaşdırma məsələləri il boyu nəzarətdə saxlanılır. Burada məqsəd immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması, peyvəndlə uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasıdır. Xüsusi günlərdə isə Səhiyyə Nazirliyi tərəfindən ölkədə immunlaşdırma həftəsi keçirilir. Bu il də 19-25 aprel tarixləri arasında immunlaşdırma həftəsi keçiriləcək və müxtəlif səbəblərdən peyvəndləmədən kənarda qalmış uşaqların prosesə cəlb edilməsi aparılacaq. İmmunlaşdırma həftəsi ərzində Azərbaycanda peyvəndləmə ilə bağlı problemlərin olduğu bölgələr üzə çıxarılacaq və bu sahədə olan problemlər araşdırılacaqdır. Eyni zamanda, peyvənddən yayınan uşaqların siyahısı tutularaq immunlaşdırmaya cəlb olunacaqlar. Bundan başqa, uşaqlarını immunlaşdırmadan yayındıran valideynlərlə maarifləndirici söhbətlər aparılacaq, onları narahat edən məsələlər varsa, aydınlıq gətiriləcək. 

Həkim qeyd etdi ki, Azərbaycanda körpələr 10 yoluxucu xəstəliyə qarşı peyvənd olunurlar. Sonuncu peyvəndin tətbiqinə isə uşaqlarda pnevmoniya, meningit kimi qorxulu xəstəliklər törədən çöplərə qarşı mübarizə tədbirləri olaraq başlanılıb. Əgər uşaqlarımızı peyvənd etdirməsək, yoluxucu xəstəliklər yenidən baş qaldıra bilər. Yadda saxlamalıyıq ki, peyvəndlər uşaqların həyatı, sağlam gələcəyi üçün ömürlük təminatdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:381
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri