Icma.az
close
up
RU
Pezeşkian Bakıya 120 diplomatla gəlir Səfərdə gizli İsrail DETALI

Pezeşkian Bakıya 120 diplomatla gəlir Səfərdə gizli İsrail DETALI

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İran-Azərbaycan münasibətləri hər zaman çox mürəkkəb və ziddiyyətli olub. Azərbaycan Respublikasının yenidən müstəqillik qazanmasından bu günə qədər İranla Azərbaycan arasında münasibətlər heç vaxt tam normal məcrada inkişaf etməyib və görünür ki, bu asanlıqla reallaşacaq məsələ deyil”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı politoloq Saleh Kamrani deyib.
İran Prezidentinin aprelin sonunda gözlənilən Bakı səfərini və 120 nəfərlik nümayəndə heyəti ilə paytaxtımıza gəlməsini şərh edən Kamrani, bir çox yeniliklərin olacağına ümidvar olduğunu bildirib.
“Bu zamana qədər münasibətlərin normal olmamasının əsas səbəbi İran dövlətinin mahiyyəti ilə bağlıdır. İran ideoloji baxımdan irançılıq, ariyalıq, farsçılıq və şiəlik prinsiplərinə əsaslandığı üçün, Azərbaycanla normal münasibətlər qurmağa heç zaman səmimi yanaşmayıb.

Bu səbəbdən də İranla Azərbaycan arasındakı münasibətlər daim taktiki xarakter daşıyıb, qarşılıqlı etimada əsaslanmayan, zaman-zaman isə sadəcə "krizis menecmenti" (yəni böhranların idarə olunması) səviyyəsində qalmaqda davam edib. Bu gün də dəyişən bir şey yoxdur – təməl mahiyyət eyni olaraq qalır”.

Bəs niyə İran prezidenti bu günlərdə daha geniş tərkibli bir nümayəndə heyətilə Azərbaycana səfər etməyə qərar verib?
“Tehran hazırda olduqca ağır vəziyyətdədir. Xüsusilə də, İranın həm ölkə daxilində, həm də regionda və beynəlxalq arenada legitimliyi ciddi şəkildə sual altındadır. Bununla yanaşı, İran xarici hərbi təhdidlərlə də qarşı-qarşıyadır. Bu baxımdan, rejim özünü qorumaq üçün müxtəlif taktiki addımlar atmaq məcburiyyətindədir. Ən başlıcası, Amerika ilə qeyri-rəsmi, lakin faktiki olaraq birbaşa müzakirələr aparmaqla rejimini bu təhlükədən qorumağa çalışır”.
İran İsraillə danışıqlar üçün Bakını seçir:
“İsrail, xüsusilə İran atom bombası əldə edərsə, özünü varlıq təhlükəsi altında görür. ABŞ isə qlobal miqyasda siyasət apardığı üçün, Çini əsas təhlükə hesab edir və İran məsələsini bu çərçivədə həll etməyə çalışır. İsrail isə İranı, xüsusilə də rejiminin varlığını özünə qarşı ciddi bir təhdid kimi görür.
İran da bu mövqedən çıxış edərək Azərbaycanın İsrail və Türkiyə ilə münasibətlərini, həmçinin bu münasibətlər çərçivəsində oynadığı rolu nəzərə alaraq, bu səfəri daha geniş siyasi və strateji baxımdan həyata keçirmək istəyir. Yəni, İran çalışır ki, bəzən Oman vasitəsilə, bəzən isə birbaşa olaraq ABŞ-la danışıqlar aparsın, amma İsraillə də bəzi məsələləri bəlkə Azərbaycan vasitəsilə tənzimləsin. Baxmayaraq ki, İran İsraili rəsmən tanımır, bu cür vasitəçilik ssenarisi istisna deyil”.
Müzakirələr zamanı Zəngəzur dəhlizi ilə bağlı qərarlar qəbul edilə bilər:
“Bu çərçivədə bəzi mövzular – məsələn, Zəngəzur dəhlizi kimi mövzular müzakirə olunacaq. Ola bilər ki, razılaşmalar imzalansın. Nəzərə alınmalıdır ki, İranın Çin və Rusiya ilə imzaladığı milyardlarla dəyərində olan müqavilələr də gerçəkdə reallaşmayıb”, - deyə Saleh Kamrani əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Aprel 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri