Icma.az
close
up
RU
Suriya prezidenti: Biz müharibədən qorxmuruq, amma...

Suriya prezidenti: Biz müharibədən qorxmuruq, amma...

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Suriya hökuməti qarşıdurmaların yaşandığı Əs-Süveyda şəhərindən qüvvələrini geri çəkməyə başladığını açıqlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriya ordusu qeyri-qanuni qruplara qarşı missiyasını tamamladıqdan sonra dövlət və Dürzi ( və ya druz) liderləri arasında atəşkəs razılaşmasına uyğun olaraq Əs-Süveydadan geri çəkilməyə başlayıb"  - məlumatda deyilir.

Suriya Prezidenti Əhməd Şəra dünən axşam xalqa müraciət edib. O, Süveydada baş verən qarşıdurmalar zamanı druzlara qarşı hücumlara görə məsuliyyət daşıyanların cavab verəcəklərini vurğulayıb.

“Dürzilər dövlətin himayəsi və məsuliyyəti altındadır" - o deyib.

Şəra bildirib ki, əsasən druzların yaşadığı Süveyda şəhərində təhlükəsizliyə yerli qruplar cavabdeh olacaq. 

Suriya prezidenti İsraili Suriyanı yeni müharibəyə sürükləmək cəhdində ittiham edib.

Türkiyə, Amerika və Ərəb vasitəçiliyinin bölgəni qeyri-müəyyən bir aqibətdən xilas etdiyini bildirən Şara sözlərinə belə davam edib:
“Biz müharibədən qorxmuruq, lakin Suriya xalqının maraqlarını daha çox məhv olmaqdan üstün tuturuq”.

İsrail ordusu druzların mərkəzləşdiyi Suriyanın cənubunda baş verən hadisələri və Suriya hökumətinin hərəkətlərini izlədiyini açıqlayıb. Suriya sərhədinə əlavə qüvvələrin göndəriləcəyi də bildirilib.

Qeyd edək ki, Süveyda şəhərində qarşıdurmalar ötən bazar günü bədəvi qəbiləsinə bağlı qüvvələrin bir druzi saxlayıb əmlakını qarət etməsi ilə başlayıb. Bölgədəki Dürzilər qəbiləyə aid nəqliyyat vasitələrini ələ keçirib. Hər iki tərəf mülki vətəndaşları oğurlayaraq həbs edib, silahlı toqquşmalar baş verib. İsrail ordusu döyüşləri dayandırmaq üçün ötən bazar ertəsi və çərşənbə axşamı Sveydaya gedən Suriya hökumət qüvvələrini hədəfə alıb.

Suriyanın müdafiə naziri general-mayor Murhaf Əbu Kasra dünən əsasən druzların yaşadığı Süveyda şəhərində atəşkəs elan edərək, yalnız atəş açanlara cavab verəcəklərini bildirib. Kasra şəhərdəki yoxlama əməliyyatından sonra Süveyda üzərində nəzarətin Daxili İşlər Nazirliyinə bağlı polis qüvvələrinə veriləcəyini vurğulayıb. Bu gün bölgədə atəşkəs pozulub və hökumət qüvvələri ilə druz qrupları arasında toqquşmalar yenidən başlayıb. Yenidən başlayan döyüşlərlə İsrail druz əhalinin təhlükəsizliyini bəhanə edərək, Dəməşqdə Prezident Sarayının yerləşdiyi əraziyə, Baş Qərargaha və Dəra şəhərinə hava zərbələri endirib.

Suriya İnsan Haqları Müşahidə Qrupu ötən bazar günü başlayan qarşıdurmalarda 300-dən çox adamın həlak olduğunu bildirib.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri