Pezeşkian: Hazırkı şəraitdə ABŞ la danışıqların mənası yoxdur
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkian hazırkı münasibətlər fonunda Tehranla Vaşinqton arasında danışıqların mənasız olduğunu bildirib.
APA xəbər verir ki, o, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı deyib.
Pezeşkianın sözlərinə görə, ABŞ-ın addımları Vaşinqtonun real dialoqa hazır olmadığını göstərir.
“ABŞ-la problemimiz ondan ibarətdir ki, hər dəfə danışıqlar masasına oturanda bizə müharibə sırımağa çalışırlar. Danışıqlardan sonra artıq üç dəfə hücuma məruz qalmışıq”, – İran Prezidentinin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Pezeşkian həmçinin ABŞ siyasətinin məqsədlərindən birinin İranda mövcud dövlət quruluşunu dəyişdirmək olduğunu iddia edib.
İran Prezidenti sanksiyalar, təzyiq və təhdidlərin davam etdiyi şəraitdə Vaşinqtonla tamhüquqlu dialoqu mümkün hesab etmədiyini bildirib.
“Hər gün öldürən, sanksiyalar tətbiq edən, təzyiq göstərən, hədələyən və etibarsız davranan tərəflə danışıqların mənası yoxdur. Xalqımız belə yanaşmanı qəbul etməyəcək”, – Pezeşkian deyib.
İran Prezidenti danışıqların bərpası imkanının ABŞ tərəfinin yanaşmasını dəyişməsindən asılı olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Oktyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















