Qalibaf: ABŞ İranın mesajına hələ də cavab verməyib
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin qanuni tələblərini ABŞ tərəfinə aydın və birmənalı şəkildə çatdırdığını, lakin Vaşinqtonun hələ də bu mesaja rəsmi cavab vermədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Qalibaf bu barədə Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalına müsahibəsində İran və ABŞ arasında mesaj mübadiləsini şərh edərkən danışıb.
O bildirib ki, Hörmüz boğazının açılması üçün ABŞ İranın irəli sürdüyü yeddi şərtin hamısını yerinə yetirməlidir. Qalibaf əlavə edib ki, İranın qanuni tələblərini əks etdirən mövqe Vaşinqtona çatdırılıb, lakin ABŞ hələ buna aydın və rəsmi cavab verməyib.
Parlament sədrinin sözlərinə görə, iki ölkə arasında razılığın əldə olunmamasının əsas səbəbləri ABŞ-a qarşı etimadsızlıq və Vaşinqtonun irəli sürdüyü həddindən artıq tələblərdir.
Qalibaf ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hücum qərarı verəcəyi təqdirdə bunun Vaşinqton üçün məğlubiyyətlə nəticələnəcəyini iddia edib. O, həmçinin ABŞ-ın Rusiya Prezidenti Vladimir Putindən danışıqlar aparmaq üçün İranla birbaşa əlaqə saxlamasını istədiyini bildirib.
İran parlamentinin sədri ölkəsinin “nə müharibə, nə də sülh” vəziyyətindən çıxmaqda qərarlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məqsədə yalnız diplomatik danışıqlar yolu ilə deyil, həm də davamlı çəkindirmə siyasəti vasitəsilə nail olunacaq.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















