Icma.az
close
up
RU
Pezeşkian: İsrailin hər cür hücumuna hazırıq

Pezeşkian: İsrailin hər cür hücumuna hazırıq

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"İsrailin istənilən hərbi hücumuna hazırıq. Güclərimiz lazım gələrsə, İsrailin ən dərin səviyyələrini yenidən hədəfə almağa qadirdir".

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O, İsrailin İrana hücum etdiyini və sərt cavab verdiyini bildirib:

"İsrail bizə qarşı hücumlar başlatdı, biz də onlara sərt cavab verdik və onları ən dərin səviyyədə vurduq. Bununla belə, İsrail bu hücumlarda verdiyi itkiləri ictimaiyyətdən gizlədir".

"İsrail İran hökumətini parçalamağa və yox etməyə çalışdı, lakin bu, uğursuz oldu. Təbii ki, bəzi sızmalar oldu, lakin bunda əsas rolu ABŞ texnologiyası oynadı" - deyə Pezeşkian ABŞ-ni günahlandırıb.

Müharibə istəmədiklərini vurğulayan Pezeşkian, "Ancaq biz yalnız atəşkəsə arxalana bilmərik və müdafiəsiz qala bilmərik. Özümüzü güclü şəkildə müdafiə etməyə davam edəcəyik. İsrail raket hücumlarımızın təsirini gizlətməyə çalışır, lakin bu rejimin müharibəni dayandırma tələbi baş verənlərin arxa planını açıq şəkildə ortaya qoyur" - deyib.

Pezeşkian bildirib ki, İran heç vaxt təslim olmayacaq:

"İran heç vaxt təslim olmayıb və olmayacaq; bu, məlum faktdır. Bununla belə, biz diplomatiya və dialoqa inanan bir ölkəyik. Region ölkələri son müharibə zamanı İrana misli görünməmiş güclü dəstək nümayiş etdirib".

İranın nüvə silahı mövzusundakı mövqeyinin aydın olduğunu bildirən Pezeşkian "Nüvə silahına sahib olmaq bizim siyasi, dini, humanitar və strateji mövqeyimizlə ziddiyyət təşkil edir. Beynəlxalq qanunlar çərçivəsində uranın zənginləşdirilməsi fəaliyyətləri torpaqlarımızda davam etdiriləcək" - deyə vurğulayıb.

Mikayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri