Pezeşkian niyə Azərbaycandan üzr əvəzinə təkzib yolunu seçdi? ŞƏRH
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmək əvəzinə, dünən rusiyalı həmkarı Vladimir Putinə zəng edərək ölkəsinin Naxçıvana dron hücumu həyata keçirmədiyini bildirib.
Bununla da Pezeşkian, dron hücumu ilə bağlı üzr istəmək və məsələni araşdırmaq əvəzinə, təkzib yolunu seçmiş oldu".
“Cebheinfo.az” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq Pezeşkianın bu addımını məntiqsiz adlandırıb: "İran Prezidentinin “düşmənlərin əməlidir” iddiasının arxasında ABŞ və ya İsrailin hərəkətlərinə işarə duruBu məntiqə görə, ABŞ və ya İsrail İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirib.
Pezeşkian və onun kimi düşünənlərin başqa məntiqinə görə isə ABŞ və İsrail İran üzərindən Azərbaycan ərazisinə dron hücumu edərək, iki ölkə arasındakı münasibətləri gərginləşdirmək istəyiblər.
Elə bil bu illər ərzində Azərbaycana qarşı təxribatları həyata keçirənlər İranın güc strukturları olmayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat tədbirləri nəticəsində SEPAH tərəfindən Azərbaycanda planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanmasının qarşısı alınıb.
Bu isə göstərir ki, ABŞ və İsrailin bu prosesdə rolu haqda Pezeşkianın iddiaları daha çox siyasi təkzib və məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilə bilər".
Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, Pezeşkianın Azərbaycanla birbaşa əlaqə saxlamaması və Rusiya vasitəsilə məsələni şərh etməsi, İranın diplomatik məsuliyyətdən yayınaraq təxribatları inkar etməsi kimi də qiymətləndirilir və regionda gərginliyin daha da artmasına xidmət edir.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Mart 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















