Icma.az
close
up
RU
Pezeşkian nüvə proqramından imtina etməyəcəklərini bəyan etmişdir ŞƏRH EDİLDİ

Pezeşkian nüvə proqramından imtina etməyəcəklərini bəyan etmişdir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"2025-ci il iyunun 13-də başlayan İsrailin İrana qarşı hərbi əməliyyatları qısa müddət sonra atəşkəslə nəticələnmişdir. Bu atəşkəsin əldə olunmasında əsas vasitəçi qismində ABŞ-ın sabiq prezidenti Donald Tramp çıxış etmişdir. Əldə edilən məlumata əsasən, atəşkəsə nail olmaq üçün ilkin mərhələdə İsrail tərəfi ilə diplomatik danışıqlar aparılmış, daha sonra İran tərəfinə rəsmi şəkildə bu təşəbbüs çatdırılmış və onlar da razılıq bildirmişlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.

Onun sözlərinə görə, lakin təəssüflə qeyd olunmalıdır ki, atəşkəs rejimi uzunmüddətli olmadı və qısa zaman ərzində hər iki tərəf tərəfindən pozuldu: "Bu barədə ABŞ prezidenti Donald Tramp öz ictimai çıxışlarında xüsusi olaraq məlumat vermişdir. Hərçənd atəşkəsin qısa müddət davam etməsi belə beynəlxalq münasibətlər baxımından müsbət presedent kimi dəyərləndirilə bilər.

Münaqişə dövründə İsrail tərəfindən İranın nüvə infrastrukturu hədəfə alınaraq geniş miqyasda dağıdılmış, ABŞ silahlı qüvvələri də Trampın birbaşa göstərişi ilə əməliyyatlarda iştirak etmişdir. Hər iki tərəfdə insan itkisi və yaralanma halları müşahidə edilmiş, xüsusilə İran tərəfi daha çox zərər görmüşdür. Yaxın Şərq regionunda belə miqyaslı hərbi münaqişənin baş verməsi həm regional, həm də qlobal sabitliyə ciddi təhdid yaratmışdır".

Siyasi şərhçi əlavə edib ki, münaqişənin iqtisadi təsirləri də özünü göstərmişdir: "Müharibənin başlanması ilə paralel olaraq dünya bazarında neftin qiymətində artım müşahidə edilmişdir ki, bu da xüsusilə Rusiya üçün iqtisadi baxımdan əlverişli olmuşdur. Lakin atəşkəsin elan edilməsindən sonra qiymətlərdə yenidən azalma qeydə alınmışdır. Bununla belə, İran-İsrail münasibətlərinin bu mərhələdə tamamilə normallaşması ehtimalı olduqca aşağıdır. İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian nüvə proqramından imtina etməyəcəklərini bəyan etmişdir. Tramp isə cavab olaraq bildirmişdir ki, İranın yaxın 20-30 il ərzində nüvə silahına sahib olmaq imkanı yoxdur, çünki infrastrukturun böyük hissəsi məhv edilmişdir.

Yekunda qeyd etmək olar ki, İran və İsrail arasında mövcud gərginliklər yaxın perspektivdə aradan qalxmayacaq və bu iki dövlət arasında dostluq münasibətlərinin formalaşması real görünmür. Münaqişə həm ikitərəfli münasibətlərə, həm də bütün regionun sabitliyinə təhlükə yaratmaqda davam edir"- deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri