Pezeşkian paytaxtın Tehrandan köçürülməsini istəyib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsi planları üzərində işə başladıqlarını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xənbər verir ki, Pezeşkian bunu dünən Hatəmül Ənbiya Qərargahına səfəri zamanı gündəmə gətirib.
Tehranı paytaxt kimi qalması bəzi səbəblərdən, xüsusilə də iqtisadi səbəblərdən qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirən İran prezidenti bunları deyib:
"Tehran həll olunmaz problemlərlə üzləşib. Ona görə də ölkənin iqtisadi və siyasi mərkəzini cənuba, dənizə yaxın yerə köçürməliyik. Onu daşımaqdan başqa çarəmiz yoxdur. Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkənin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər”.
Təxminən 20 milyon əhalisi olan İranın paytaxtının Tehrandan başqa şəhərə köçürülməsi planı ilk dəfə 2013-cü il dekabrın 25-də 290 yerlik parlamentdə 110 deputatın səsi ilə qəbul edilib.
Plan çərçivəsində yaradılan şura paytaxt üçün ən yaxşı alternativin harada olacağı ilə bağlı araşdırmalara başlasa da məsələ ilə bağlı indiyədək heç bir ciddi addım atılmayıb.
Cəmalə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















