Pezeşkian və Paşinyan arasında Zəngəzur söhbəti: Bizi aldatmayın
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Prezidenti Məsud Pezeşkian Zəngəzur dəhlizi məsələsinə ölkənin Ali dini rəhbəri Əli Xamenei ilə müqayisədə daha yumşaq yanaşır.
Teleqraf xəbər verir ki, bu barədə “HayaQue” Teleqram kanalı (Ermənistan) yazıb.
“Qonşu İrandan dəhlizlə bağlı iki cür qiymətləndirmə eşidirik. Məsələn, Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti çox sərt mövqe bildirib, İran prezidenti isə bunun dəhliz deyil, tranzit marşrutu olduğunu bəyan edib”, - mənbə qeyd edib.
Bununla belə, M.Pezeşkianın Ermənistana son səfərinə toxunan kanal iddia edib ki, İranın siyasi lideri İrəvanda Baş nazir Nikol Paşinyanla məsələ ətrafında “sərt müzakirə” aparıb:
“Məlumata görə, Paşinyanla Pezeşkian arasında söhbət kifayət qədər sərt və çətin olub. Paşinyanı onları aldatmamağa çağırıblar. Ermənistan baş nazirinə bildirilib ki, ABŞ hərbçiləri dəhlizə nəzarət üçün bölgəyə girsələr, bu, İran üçün ciddi problem olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















