Icma.az
close
up
RU
Pezeşkian Xameneiyə görə hərəkətə keçdi Vəziyyət çox ciddidir

Pezeşkian Xameneiyə görə hərəkətə keçdi Vəziyyət çox ciddidir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkianın X sosial şəbəkə hesabında ölkənin ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə bağlı paylaşımı diqqət çəkib. Pezeşkian Xameneiyə qarşı mükün sui-qəsdin müharibəyə səbəb olacağını bildirib.

İran prezidentinin paylaşımı ABŞ-la mövcud gərginlik və bu ölkəyə hücum ehtimalları fonunda narahatlığı artırıb.

Bu xəbərdarlıq nəyin mesajıdır? Pezeşkian Xameneinin hər an öldürülə biləcəyinin ismarışını verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, İrana qarşı həmlələr ən müxtəlif tərəflərdən və üsullarla həyata keçirilir:

“Uzun illərdir ki, İran siyasi və iqtisadi sanksiyalar altında yaşayır. Ötən ilin iyun ayında bu ölkəyə aviazərbələr endirildi, bir sıra dövlət məmurları öldürüldü, strateji obyektlər dağıdıldı. Dekabr ayından başlayan sosial narazılıqlar isə iğtişaşlara çevrilərək çoxsaylı insan tələfatına səbəb oldu. Etiraz aksiyalarının xaricdən idarə olunduğu ilə bağlı məlumatların yayılması İrana qarşı təzyiq və təsirlərin davam etdiyini göstərir.

Tehran xaricdən sanksiyalara, hərbi zərbələrə, daxildən isə xalqın etirazları və onun içərisinə salınan təxribatçı təzyiqlərə məruz qalır.


Mütəllim Rəhimli

12 günlük İsrail-İran müharibəsində dövlət məmurlarının, xüsusilə, hərbi elitadan olan yüksək rütbəli zabitlərin və alimlərin sui-qəsd nəticəsində öldürülməsi xarici kəşfiyyatın bu ölkənin daxilinə kifayət qədər nüfuz edə bildiyini göstərdi. Pezeşkianın açıqlaması bu təhlükənin hələ də qaldığını deməyə əsas verir. İndiyədək Xamenei barədə ən müxtəlif iddialar ortaya atılıb, lakin rəsmilər buna hec bir reaksiya verməyiblər. Amma münasibətlərin indiki kəskin vaxtında bu bəyanatın səsləndirilməsi məsələnin kifayət qədər ciddi olduğundan xəbər verir.

Çox güman ki, İran kəşfiyyatında Xameneiyə qarşı sui-qəsdin planlaşdırıldığı ilə bağlı məlumatlar var. İndiyədək Birləşmiş Ştatlar və İsrailin bütün cəhdlərinə baxmayaraq onu zərərsizləşdirmək mümkün olmayıb. Belə çıxır ki, artıq son varianta əl atılmaqdadır. Pezeşkian öz açıqlamasında bunu təsdiq edir. Eyni zamanda narahatlığını dilə gətirir. Görünür, məsələ kifayət qədər ciddidir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri