Icma.az
close
up
RU
Güclü və qüdrətli Türkiyə 103 illik tarixi yolda TƏHLİL

Güclü və qüdrətli Türkiyə 103 illik tarixi yolda TƏHLİL

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev: “Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır”

Qardaş və dost ölkə olan Türkiyə Cümhuriyyəti müstəqilliyinin 103-cü ildönümünü qeyd edir. Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli Türkiyə 1923-cü il oktyabrın 29-da idarəetmə formasına görə respublika elan olunaraq 103 ildir ki, müstəqil yaşayır. Siyasətini dünyəvilik, demokratiya kimi prinsiplər əsasında quran Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atıb. Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Qeyd edək ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib. Tarixi dövrə nəzər salsaq görərik ki, Türkiyə dünyanın siyasi və hərbi baxımdan çox mürəkkəb dövründə respublika olmaq qərarına gəlir. Belə ki, Birinci Dünya müharibəsindən məğlub ayrılan Osmanlı imperiyası İngiltərə, Yunanıstan, Fransa və İtaliya kimi xarici dövlətlərin işğalı ilə üzləşib. Belə bir dövrdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk vətənsevərlər 1919-cu il mayın 19-da Samsundan ölkənin azadlığı uğrunda mübarizəyə başlayıblar. Ağır və əzmkar mübarizə qısa müddət sonra müsbət nəticəsini verməyə başladı, vətən torpaqları düşmən tapdağından xilas edildi. Tarixi zəfərlərlə zəngin olan Türkiyənin zəfərləri sırasında ən önəmli yerlərdən birini tutan 30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşı olub.

"APARDIĞI MÜBARİZƏ MƏZLUM MİLLƏTLƏRİN, BÜTÜN ŞƏRQİN MÜBARİZƏSİDİR"

Mustafa Kamal Paşa həmin dövrdə deyirdi: "Türkiyənin bugünki mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir". Mustafa Kamal Paşa tarixi əmrini vermişdi: "Ordular! İlk hədəfiniz Ağ dənizdir. İrəli!" Bu əmri alan qəhrəman türk ordusu böyük bir qələbə həyəcanı ilə irəli atıldı. Türk süvariləri, xüsusilə çevik hərəkətləri ilə uğurlar qazandılar. Aparılan mübarizə və mücadilə uğurlu bir sabahla nəticələndi. Tarixi mənbələrdə qeyd olunur ki, 1923-cü il oktyabrın 23-də Ankara paytaxt elan edildi. Oktyabrın 28-də axşam Mustafa Kamal Paşa yaxın dostlarını Çankayaya dəvət etdi və "sabah respublikanı elan edəcəyik", dedi. Oktyabrın 29-da Mustafa Kamal Atatürk əvvəlcədən hazırladığı və ölkənin respublika elan olunmasını nəzərdə tutan layihəni TBMM-ə təqdim etdi. Həmin layihədə "Türkiyə dövlətinin forması cümhuriyyətdir. Türkiyə dövləti Böyük Millət Məclisi tərəfindən idarə olunur" sözləri yer alırdı. Parlament həmin qanun layihəsini qəbul etdi və Türkiyə respublika elan olundu. Həmin tarixdən etibarən Osmanlı imperiyası rəsmi şəkildə Türkiyə Cümhuriyyəti ilə əvəzləndi.

"AZƏRBAYCANIN KƏDƏRİ BİZİM KƏDƏRİMİZ, SEVİNCİ BİZİM SEVİNCİMİZDİR"

Dövlətçilik ənənələri olmadan müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaq əlbəttə ki, mümkün deyil. Ötən 103 ildə Türkiyə Cümhuriyyəti müstəqilliyini və dövlətçiliyini möhkəmləndirərək dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirdi. Milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən bir millət, iki dövlət səviyyəsinə yüksəldilmiş Azərbaycan-Türkiyə dostlugu bu gün regionda əmin-amanlığın və sabitliyin təminatıdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" ifadəsini xatırlamaq yerinə düşər. Beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiq olunmuş, həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlmişdir. Ölkə prezidentlərinin 2021-ci il iyunun 15-də türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada dostluq və qardaşlığımızı gücləndirəcək, əlaqələrin daha da inkişafına səbəb olacaq Şuşa Bəyannaməsini imzaladılar. Bu Bəyannamə müttəfiqlik münasibətlərinin gündən-günə genişlənməsində əhəmiyyətli bir sənəddir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri yalnız iki ölkəyə deyil, bölgədə sülh və sabitliyə xidmət etməkdədir. Ümummilli Lider Heydər Əliyevin bütün türk dünyasında məşhur olan kəlamı – "Bir millət, iki dövlət" anlayışı gerçəkliyə çevrilib.

AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ARASINDA QARDAŞLIQ MÜNASİBƏTLƏRİNƏ ƏSASLANAN ƏMƏKDAŞLIQ

Bildiyimiz kimi, bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib. Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

KAHRAMANMARAŞ ŞƏHƏRİNDƏ "AZƏRBAYCAN" MƏHƏLLƏSİ

Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılışı Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və strateji müttəfiqlik münasibətlərinin ən bariz nümunələrindən biridir. 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələ 50 mindən çox insanın həyatına son qoydu, yüz mindən artıq insanın xəsarət almasına və böyükmiqyaslı dağıntılara səbəb oldu. Bu ağır günlərdə Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında olaraq, əsl həmrəylik və qardaşlıq nümunəsi göstərdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər."

Xalqlarımız bu ağır faciənin kədərini birgə yaşadılar. İlk andan etibarən Türkiyənin kədərinə şərik olan Azərbaycan xalqı "Bir millət, iki dövlət" prinsipinə sadiqliyini əməli şəkildə nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə fəlakətin ilk günlərindən Türkiyəyə göndərilən axtarış-xilasetmə dəstələri, tibbi heyət, humanitar yardımlar xalqlarımız arasında sarsılmaz birliyin növbəti təzahürü idi. Azərbaycan dövlətinin təşəbbüsü və birbaşa dəstəyi ilə Kahramanmaraş şəhərində qısa müddətdə inşa edilən "Azərbaycan" məhəlləsi ölkələrimiz və xalqlarımız arasındakı birliyin və həmrəyliyin rəmzidir. Həyata keçirilən tikinti işləri nəticəsində 1194 mənzildən ibarət 68 yaşayış binasının, Heydər Əliyev adına müasir ibtidai məktəbin, uşaq bağçasının, mədəniyyət mərkəzi və ticarət obyektlərinin inşası zəlzələdən zərər çəkmiş minlərlə ailəyə sevinc bəxş etməklə, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib.

Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri tarixi dövrünü yaşayır. Dövlət başçılarımızın iradəsi və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatıb. Bu gün Azərbaycan və Türkiyə beynəlxalq miqyasda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış edirlər. Reallaşdırılmış birgə layihələr, irəli sürülmüş təşəbbüslər daha geniş regionda sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri