Pezeşkiana viza vermək ABŞ ın hiyləgər gedişidir
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Keçmiş illərdə də İran prezidentləri BMT Baş Assambleyasının liderlərin iştirak etdiyi yüksək səviyyəli həftəsinə gedə bilirdilər, onlara viza verilirdi. Lakin indi İran və ABŞ müharibə şəraitindədir. Bu baxımdan İran rəsmilərinə vizanın verilməsi sıradan hadisə deyil. Bu, Vaşinqtonun hiyləgər bir gedişidir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu ABŞ-ın İran Prezidenti Məsud Pezeşkian və xarici işləri naziri Abbas Arakçıya viza verməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, indi İranda əsas söz sahibləri SEPAH generallarıdır:
“Açıq demək lazımdır, İran prezidentinin səlahiyyətləri yüksək deyil. Amma İran prezidenti sülhə və əməkdaşlığa çalışır, məsələlərin danışıqlar yolu ilə həllini istəyir. Amerika da bunu istəyir.
Pezeşkiana viza verilməsinə bir neçə səbəb ola bilər. İmkan verirlər ki, İranda daha yumşaq siyasətin tərəfdarları gəlib öz fikirlərini BMT-də bildirsinlər və müzakirələrdə iştirak etsinlər”.
Politoloq ABŞ Prezidenti Donald Trampla Pezeşkianın görüş ehtimalını yüksək qiymətləndirməyib:
“Baxmayaraq ki, Tramp Pezeşkianla görüşə biləcəyini deyib, mən yenə bunu ehtimal etmirəm. Məsələ burasındadır ki, Pezeşkian Trampla görüşsə, İranda çox sərt tənqidlə qarşılaşacaq”.
Baxış sayı:149
Bu xəbər 23 Sentyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















