Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Pezeşkianı da belə xərcləyirlər

Pezeşkianı da belə xərcləyirlər

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Fars millətçiləri qırmızı xəttləri keçməkdə, aşırı radikallıq nümayiş etdirməkdə rus şovinistlərində heç də geri qalmırlar. SEPAH-a nökərçilik edən məddahlardan (məddah - dini liderləri təbliğ edən, ilahi nəğmələr oxuyan, rövzəxanlıq edən şəxslərə deyilir) birinin İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı açıq təhdid də bunu təsdiqləyir. Sözügedən məddah İran prezidentinə müraciətlə bildirib: “Əgər Rəhbərin (yəni Xameneinin) irəli sürdüyü şərtlər yerinə yetirilməsə, boğazını kəsərik və səni ağır şəkildə cəzalandırarıq”.
Məddahın bu sərt və qalmaqallı çıxışı nəyin göstəricisidir? İranın ali dini rəhbərinin adından ölkə prezidentinin bu cür açıq şəkildə fiziki zorakılıq təşəbbüsü ilə, "boğazını kəsməklə" hədələnməsi, əslində İranın daxili siyasi sistemindəki dərin çatların və idarəetmə böhranının kifayət qədər təhlükəli bir həddə çatdığını göstərir. Bu hadisə bir neçə ciddi məqamın göstəricisidir. Söhbət ilk növbədə dövlət təsisatlarının və siyasi iyerarxiyanın aşınmasından gedir.
Prezidentin adi bir dini-siyasi təbliğatçı (məddah) tərəfindən birbaşa hədələnməsi, İranın rəsmi dövlət strukturunun (prezidentlik institutu) hərbiləşmiş dini qruplaşmaların və radikal dairələrin təsiri altında olduğunu təsdiqləyir. Bu, hakimiyyət daxilində hüquqi mexanizmlərin yerini radikal zorakılıq ritorikasının aldığını göstərir. Başqa sözlə desək, burada SEPAH və dini radikalların hökmranlığı faktoru önə çıxır. Yəni ki, belə çıxışlar çox vaxt təsadüfi olmur; onlar SEPAH kimi hərbi-siyasi strukturlara yaxın dairələrin "iradəsini" ifadə etmək üçün istifadə olunan bir vasitədir. Bu, "Rəhbərin iradəsi" adı altında prezidentin fəaliyyətinin məhdudlaşdırılması və idarəetmənin tamamilə radikal qanadın nəzarətinə keçirilməsi məqsədinə xidmət edir.
"Boğazını kəsərik" kimi ifadələrin dövlətin birinci şəxsinə qarşı istifadə olunması, İranın siyasi mühitində artıq heç bir demokratik və ya diplomatik etik çərçivənin qalmadığını sübut edir. Bu, eyni zamanda hakimiyyətin öz daxilində belə fikir ayrılıqlarına qarşı nə qədər dözümsüz olduğunu nümayiş etdirir. Fars şovinist və radikal dini dairələrin öz ideologiyalarını qorumaq üçün ən yüksək dövlət vəzifələrində oturan şəxsləri belə hədəfə alırlar, onları bu cür psixoloji təzyiq üsulları ilə qorxutmağa çalışırlar. Bu, ideoloji radikallıqğın göstəricisidir. Bu hadisə İran daxilində "Rəhbərlik" (Xamenei) və onun ətrafındakı radikal qrupların, rəsmi dövlət strukturları üzərində mütləq hakimiyyət uğrunda apardıqları mübarizənin nə qədər qəddarlaşdığını təzahür etdirir. Beləliklə, radikal zorakılığın normallaşdırılması geridönməz prosesə çevrilir. Halbuki, İranın ortalarda görünə bilməyən yeni dini lideri Müctəba Xameneinin bugünlərdə ABŞ ilə imzalanan memorandumla bağlı "X" sosial şəbəkəsindəki paylaşımı üzərindən xalqa etdiyi müraciətində guya Pezeşkiana etimad nümayiş etdirmişdi: "Mənim memorandumla bağlı başqa fikrim var idi. Lakin hörmətli Prezidentin, Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, öz adından və Şura üzvlərinin adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklə əlaqədar olaraq mən ona icazə verdim. Onlar bunun məsuliyyətini daşımağa hazır olduqlarını təsdiqləyiblər”.
Müctəba Xameneinin Pezeşkiana bu cür açıq dəstək bəyanatının ardınca sıradan bir məddahın ortaya çıxıb prezidentə "Rəhbərin göstərişlərini yerinə yetirməsən, sənin boğazını kəsərik" deməsi həm də ikili siyasətin göstəricisidir. Necə deyərlər, bir yandan Xamenei Pezeşkianın başını sığallayır, o biri tərəfdən isə SEPAH-ın adamı prezidenti hədələyir. Bu, sanki Pezeşkiana qarşı planlaşdırılmış gizli bir oyundur. və İranın siyasi rejiminin daxili mətbəxini və idarəetmə metodologiyasını daha dərindən analiz etməyə imkan verir. Əgər bu, həqiqətən də Xamenei və SEPAH-ın Pezeşkiana qarşı "gizli birgə oyunu"dursa, o zaman burada bir neçə mühüm strateji məqsəd güdüldüyünü söyləmək olar. Belə ki, ilk növbədə prezidenti "oyundankənar" duruma salmaq və "günah keçisi" kimi təqdim etmək məqsədi güdülür. Eləcə də bu təhdidlər vasitəsilə Pezeşkianı daim "Damokl qılıncı" altında saxlamaqla, ölkədəki iqtisadi çətinliklər, sosial narazılıqlar və ya xarici siyasətdəki uğursuzluqlar üçün məsuliyyəti onun üzərinə yıxmaq hədəflənir. Beləcə, xalqın qəzəbi dini rejimə yox, birbaşa prezidentə yönəldilir. Obrazlı dillə desək, Pezeşkianı da belə "xərcləyirlər".
Digər hədəf isə Pezeşkianın islahat planlarına mane olmaq və idarəetməni tam olaraq dini rəhbərliyin və SEPAH-ın əlində mərkəzləşdirməkdir. Prezidenti məddahlar və ya digər radikal elementlər vasitəsilə hədələmək, onun hər hansı bir islahat və ya müstəqil qərar vermək cəhdinin qarşısını almaq üçün psixoloji bir baryerdir. Bu, "demokratiya oyunu"nun sonuna çatdıqda və real hakimiyyətin yalnız bir mərkəzdən idarə olunduğunu həm xalqa, həm də dünya ictimaiyyətinə xatırlatmaq üçün istifadə olunur. Əgər Xamenei bu cür çıxışları açıq şəkildə qadağan etmirsə, bu, onun radikal qanadın (SEPAH və məddahların) "xalqın və inqilabın müdafiəçisi" kimi özünü göstərməsinə icazə verməkdir. Onlar bu yolla Pezeşkianı bir növ Mirzə Fətəli Axundovun Yusif Sərracına çevirmək istəyir və ABŞ-İran anlaşması fonunda başlayan yeni dönəmdə - postmüharibə dövründə molla rejimini yenidən möhkəmləndirməyə çalışırlar. Bu isə prezidentin siyasi funksiyasızlaşdırılması, islahat imkanlarının məhvi və prezidentə qarşı beynəlxalq və daxili etibarsızlıq mühitinin formalaşdırılması deməkdir. Bunun nəticəsində Pezeşkian öz konstitusion səlahiyyətlərini icra etməkdə çətinlik çəkəcək. Belə bir mühitdə o, müstəqil qərarlar qəbul etməkdənsə, radikal qrupların və SEPAH-ın təzyiqləri altında sadəcə icraçı bir fiqura çevrilmək riski ilə üz-üzə qalır. Eyni zamanda, Pezeşkianın seçkiqabağı vəd etdiyi və ya cəmiyyətin gözlədiyi hər hansı bir demokratik və ya sosial islahat artıq təhlükəli bir addım kimi qəbul olunacaq. Hər hansı bir dəyişiklik təşəbbüsü dərhal "Rəhbərin xəttinə xəyanət" kimi şərh edilərək fiziki təhdidlə qarşısı alınacaq. Bu təhdid təkcə prezidentə deyil, həm də onun komandasına və ümumilikdə hökumətə bir mesajdır. Bu, məmurlar arasında "itaət et və ya cəzalandırıl" prinsipi əsasında işləyən bir qorxu və idarəolunan xaos mühiti formalaşdırır. Belə bir daxili siyasi xaos, beynəlxalq arenada Pezeşkianın rəhbərlik etdiyi hazırkı İran hökumətinin "danışıqlar apara bilən tərəf" imicini zədələyir. Digər dövlətlər başa düşür ki, prezidentlə razılaşdıqları məsələlərin arxasında real güc sahibi olan radikal qruplar dayanmır.
Bütün bunlar sözsüz ki, Məsud Pezeşkianın gələcəkdə atacağı addımlara və onun hökumətinin siyasi müstəqilliyinə çox ciddi təsir göstərə bilər. Bu cür açıq və zorakı təhdidlər Pezeşkianın fəaliyyət sahəsini demək olar ki, tam daraldır, sıfıra endirir və onun gələcək addımlarına köklü şəkildə təsir edir. Nəticədə, bu vəziyyət Pezeşkianı iki çətin yoldan birini seçməyə məcbur edə bilər: ya radikal qrupların tam nəzarətinə girərək öz siyasi kimliyini və nüfuzunu qurban vermək, ya da açıq qarşıdurmaya gedərək özünü və hökumətini təhlükə altına atmaq. Hər iki variant İranın onsuz da ağır olan siyasi böhranını daha da dərinləşdirir. Və İran yenidən regionda aqressiv, mürtəce siyasət kursunu bərpa etmiş olur. Bu isə o deməkdir ki, İran dəyişmək istəmir. Görünən budur ki, heç ABŞ və İsrailin də İranda molla rejimini dəyişmək niyyətləri yoxdur. Onlar sadəcə olaraq fars-molla rejimini "format" edib yeniləyərək, daha da qüvvətləndirdilər. Deməli, İran həm Cənubi Qafqaz regionu üçün, həm də Körfəz ölkələri üçün potensial təhdid mənbələrindən biri olaraq qalacaq. Hörmüz boğazının ötən gün yenidən bağlanması da bunun əyani nümunəsidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyun 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri